Zakir Həsənovdan orduya düşməni qorxuya salacaq tapşırıq: Xüsusi qurğularla... » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Zakir Həsənovdan orduya düşməni qorxuya salacaq tapşırıq: Xüsusi qurğularla...

Zakir Həsənovdan orduya düşməni qorxuya salacaq tapşırıq: Xüsusi qurğularla...

Müəllif: cavidan
//
15 Haziran 2019
//
//

Zakir Həsənovdan orduya düşməni qorxuya salacaq tapşırıq: Xüsusi qurğularla...


İyunun 15-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Anews.az xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Müdafiə naziri 15 iyun - Azərbaycan Xalqının Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndərin çoxşaxəli fəaliyyətindən və ölkəmiz üçün göstərdiyi misilsiz xidmətlərindən danışıb.

Nazir çıxışında xüsusi qeyd edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bildirdiyi kimi ölkəmizin güclü hərbi potensialı və Azərbaycan Ordusunun döyüş qabiliyyəti ərazi bütövlüyümüzün təmin edilməsində əsas amillərdən biridir.
Müdafiə naziri qoşunların təmas xəttindəki hazırkı vəziyyəti, ötən ay ərzində görülən işləri, xüsusilə Bakı və Naxçıvanda keçirilən təlimlərin nəticələrini təhlil edərək bildirib ki, ordumuzun döyüş qabiliyyəti, mənəvi-psixoloji vəziyyəti və təminatı yüksək səviyyədədir və bu istiqamətdə planlaşdırılan bütün tədbirlər tam həcmdə yerinə yetirilib.(publika)
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam