SOCAR daha bir xarici şirkətlə razılığa gəldi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » SOCAR daha bir xarici şirkətlə razılığa gəldi

SOCAR daha bir xarici şirkətlə razılığa gəldi

Müəllif: cavidan
//
14 Haziran 2019
//
//

SOCAR daha bir xarici şirkətlə razılığa gəldi

İyunun 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev SOCAR Tower-də Norveçin Equinor ASA şirkətinin birinci vitse-prezidenti Kerri Lokhart və Equinor-Azərbaycan şirkətinin ölkə üzrə meneceri Fuad Qurayşinin rəhbərlik etdikləri nümayəndə heyətini qəbul edib.
Görüşdə SOCAR və Equinor şirkətləri arasında cari əməkdaşlıq məsələləri, xüsusilə "Qarabağ” yatağının işlənməsi istiqamətində aparılan hazırlıq işlərinin statusu müzakirə olunub.
Equinor şirkətinin nümayəndələri "Qarabağ” layihəsi üzrə aparılan işlərdə SOCAR-ın CDC (Caspian Drilling Company) şirkətinin iştirakını yüksək qiymətləndirib, şirkətin səriştəlilik, təhlükəsizlik və əməyin mühafizəsi sahəsində tətbiq etdiyi standartları təqdir ediblər.SOCAR və Equinor arasında əməyin mühafizəsinin maksimum gücləndirilməsi istiqamətində təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılıq əldə olunub.
Qeyd edilib ki, gələn ay "Qarabağ” yatağında qazma işləri aparacaq qurğu və yeni platforma nəzarətdən keçiriləcək, son tənzimləmələr tamamlandıqdan sonra platformanın dənizdə quraşdırılmasına başlanılacaq. Bu istiqamətdə görülən işlərin operativ və qrafikə uyğun şəkildə aparılmasının əhəmiyyəti vurğulanıb.
Xatırladaq ki, 30 May 2018-ci il tarixində SOCAR və Norveçin Equinor şirkəti arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişlər imzalanıb.
"Qarabağ” perspektivli dəniz strukturu 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilmiş, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində strukturun neft-qazlılığı təsdiqlənib.
Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralıda, açıq dənizin 150-200 metr dərinliyində yerləşir. "Dan Ulduzu” və "Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. "Aypara” sahəsi isə Bakıdan 90 kilometr şimal-şərqdə yerləşir və 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam