Azərbaycanda televiziya əməkdaşını feysbukda yazdığı bu statusa görə işdən qovdular » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda televiziya əməkdaşını feysbukda yazdığı bu statusa görə işdən qovdular

Azərbaycanda televiziya əməkdaşını feysbukda yazdığı bu statusa görə işdən qovdular

Müəllif: cavidan
//
13 Haziran 2019
//
//

Azərbaycanda televiziya əməkdaşını feysbukda yazdığı bu statusa görə işdən qovdular

ARB Media Qrupunun bölgə müxbiri Əlibəy Zeynallının Feysbukda yazdığı statusa görə işdən azad edilməsi həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Hər kəs müxbirin zarafatyana yazdığı statusa görə işdən azad edilməsinin haqsızlıq olduğunu deyib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən ARB Media Qrupunun mətbuat katibi Ozal İbrahimli bildirib ki, bölgə müxbirinin belə bir status yazması peşəkarlıqdan uzaq addımdır:

"Məhz bu səbəbdən onun işdən azad edilməsinə qərar verilib”.

Qeyd edək ki, ARB Media Qrupu bölgə müxbiri Əlibəy Zeynallının Feysbukda "Hörmətli "rusdilli azərbaycanlılar”, Allah sizi öldürsün” ("Uvajaemıye "ruskoyazıçnıe azerbaydjançı”, Allah sizi öldürsün”) deyə yazdığı statusa görə işdən azad edildiyini açıqlayıb. Böyük əksəriyyət isə yazı üslubuna əsasən bu sözlərin zarafat olduğunu bildirib və buna görə işdən qovulmasının doğru olmadığını qeyd edib.
Azərbaycanda televiziya əməkdaşını feysbukda yazdığı bu statusa görə işdən qovdular
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam