Misir Mərdanovdan imtahanlarla bağlı ciddi xəbərdarlıq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Misir Mərdanovdan imtahanlarla bağlı ciddi xəbərdarlıq

Misir Mərdanovdan imtahanlarla bağlı ciddi xəbərdarlıq

Müəllif: Anar
//
27 dekabr 2012
//
//

Misir Mərdanovdan imtahanlarla bağlı ciddi xəbərdarlıq

Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2012/2013-cü tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək və yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə əmr imzalayıb. xeberleragentliyi.com-un məlumatına görə, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı və "Qaynar xətt" xidməti yaratsınlar, imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etsinlər, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər. M. Mərdanovun imzaladığı əmrdə həmçinin o da qeyd olunur ki, ali və orta ixtisas müəssisələrinin rəhbərləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar. Təhsil müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 15 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat vermələri də tapşırılıb.
Qeyd edək ki, Təhsil Nazirliyinin əməkdaşları, nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təhsil müəssisələrində imtahan sessiyasının monitorinqinin keçiriləcək, həmçinin imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlayacaqlar.
Xəbər Lenti Giriş Populyar Reklam