Hoteldə yetkinlik yaşına çatmayan qıza təcavüz edən şəxsdən xəbər var » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Hoteldə yetkinlik yaşına çatmayan qıza təcavüz edən şəxsdən xəbər var

Hoteldə yetkinlik yaşına çatmayan qıza təcavüz edən şəxsdən xəbər var

Müəllif: cavidan
//
12 Haziran 2019
//
//

Hoteldə yetkinlik yaşına çatmayan qıza təcavüz edən şəxsdən xəbər var

On altı yaşına çatmayan qızla intim münasibətdə olmaqda təqsirləndirilən Nəriman Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Xeberleragentliyi.com Oxu.Az-a istinadan xəbər verir ki, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Hakim Azər Tağıyevin icraatında olan iş üzrə hazırlıq iclası iyunun 24-də keçiriləcək.
Qeyd edək ki, hadisə Bakıda yerləşən "Ambassador” hoteldə baş verib. Həmin hoteldə çalışan 26 yaşlı N.Əhmədov 14 yaşlı Q.L. ilə intim münasibətdə olmaqda təqsirləndirilir.

Qızın atasının hüquq-mühafizə orqanlarına müraciətinə əsasən, cinayət işi başlanılıb. N.Əhmədov barəsində həbs-qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam