Aşıq Pəri məclisinin üzvləri konsert proqramı ilə çıxış ediblər » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Aşıq Pəri məclisinin üzvləri konsert proqramı ilə çıxış ediblər

Aşıq Pəri məclisinin üzvləri konsert proqramı ilə çıxış ediblər

Müəllif: cavidan
//
11 Haziran 2019
//
//

Aşıq Pəri məclisinin üzvləri konsert proqramı ilə çıxış ediblər

İyunun 10-da Heydər Əliyev Sarayında Aşıq Pəri məclisinin sazlı-sözlü konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, gecədə çıxış edən Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Pəri məclisinin yaranmasının 35 illiyinin ölkə miqyasında geniş qeyd olunduğunu bildirib. Diqqətə çatdırıb ki, 1984-cü ildə Xalq şairi Hüseyn Arif və Narınc Xatın belə bir məclisin ərsəyə gəlməsini qərara alıblar. İllər boyu onun başında unudulmaz sənətkarımız Narınc Xatın dayanıb. Lakin Hüseyn Arifin də, Zəlmxan Yaqubun da diqqəti daim bu məclisin üzərində olub. Məclisdə çox böyük istedadlar yetişiblər. Belə ki, qadın aşıqlığı əski çağlara bağlı qaynaqlara söykənir. Bir çox dastanlarda kişilərlə bərabər meydanda olan qadın aşıqlar onlarla deyişirlər.

M.Qasımlı qeyd edib ki, XX yüzillikdə aşıq sənətinin görkəmli simaları olub. Onlardan biri də maralyanlı Aşıq Pəridir. Hətta Borçalıdan, Göyçədən, Gəncəbasardan istedadlı aşıqlar da meydanya çıxıblar. Onların arasında SSRİ Yazıçılar İttifaqının üzvü, Naxçıvandan yetişərək aşıq sənətini SSRİ miqyasında təqdim və təbliğ edən Aşıq Nabat Cavadovanı xüsusi qeyd etmək lazımdır. Narınc Xatının başında durduğu Aşıq Pəri məclisi bu sənətin inkişafına mühüm töhfə verib.

Diqqətə çatdırılıb ki, Aşıq Pəri məclisi indiyədək onlarla istedadlı el şairi, saz ifaçısı yetişdirib. Onların arasında Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Ulduz Quliyeva da var. Son illər bu sənətin inkişafında Narınc Xatından sonra Gülarə Azaflının da mühüm xidmətləri var. O da bir çox istedadlar yetişdirib. Onların arasında Pərvanə Zəngəzurlunun dəyərli işləri bu gün də göz qabağındadır. O, Aşıq Pəri məclisinin nüfuzunu qaldırıb, Gürcüstandan Turkiyəyə qədər bu məclisi geniş təbliğ edib.

Qeyd olunub ki, bu sənət öz qanadlarını Göyçədən, Borçalıdan, Qazaxdan, Qarabağdan, Lənkərandan, Güney Azərbaycandan götürür. Oradan olan ifaçılar özlərini Aşıq Pəri məclisinin üzvü hesab edirlər. Qadın səsi çox məlahətlidir. Xanımlar bütün hallarda öz gözəllikləri, davranışı ilə sazın mehri-məhəbbətini yaymaqda hamıdan üstündürlər. Azərbaycanda digər aşıq məclisləri olsa da, Aşıq Pəri məclisinin özünəməxsus dəsti-xətti, ənənəsi var.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Konsertdə tanınmış aşıqlar Gözəl Kəlbəcərli, Familə Göyçəli, Kəmalə Məhyəddin qızı, Xavər Zəngilanlı, Aidə Gülzar, Əfsanə Kərimli, Xəyalə Qərib qızı, Könül Gədəbəyli, Göyçə Ömürlü, Vüsalə Gədəbəyli, Türkay Ayna, Nargilə Mehdiyeva və digərlərinin ifaları maraqla dinlənilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam