Bakıda susuz qalan sakinlərə şad xəbər - Video » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda susuz qalan sakinlərə şad xəbər - Video

Bakıda susuz qalan sakinlərə şad xəbər - Video

Müəllif: cavidan
//
10 Haziran 2019
//
//

Bakıda susuz qalan sakinlərə şad xəbər - Video
İki ay əvvəl Baku TV-nin susuzluqdan əziyyət çəkən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsinin sakinlərinin problemini işıqlandırmasından sonra məsələ həllini tapıb.

Belə ki, sakinlər əraziyə içməli su verilmədiyi üçün Ramana-Binə yolunu bağladıqdan sonra rayon İcra Hakimiyyətinin başçısı və "Azərsu” ASC nümayəndələri sakinləri qəbul etmişdilər.

Aidiyəti qurumlar tezliklə sakinlərin içməli su ilə təmin olunacaqlarını bildirmişdilər.Əməkdaşlarımız məsələ ilə maraqlanmaq üçün iki ay sonra yenidən əraziyə yollanıb.Məlum olub ki, artıq bir neçə gündür əraziyə su xətlərinin çəkilməsinə başlanılıb.Evlərinə sayğacların da quraşdırılması başa çatan sakinlər yaxın günlərdə içməli su ilə təmin olunacaqlar.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam