ABŞ S-400-lə bağlı Türkiyəyə iyulun 31-dək vaxt verdi - "Əks halda.." » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » ABŞ S-400-lə bağlı Türkiyəyə iyulun 31-dək vaxt verdi - "Əks halda.."

ABŞ S-400-lə bağlı Türkiyəyə iyulun 31-dək vaxt verdi - "Əks halda.."

Müəllif: cavidan
//
08 Haziran 2019
//
//

ABŞ S-400-lə bağlı Türkiyəyə iyulun 31-dək vaxt verdi - "Əks halda.."

Şanahan Türkiyəyə xəbərdarlıq edib

ABŞ-ın Müdafiə Naziri Patrik Şanahan Türkiyə iki ay ərzində S-400 hava müdafiə sistemi alışından vaz keçməzsə, F-35 proqramı çərçivəsində iş birliyinin tamamilə dayandırılacağı barədə xəbərdarlıq edib.

ABŞ mediasının pentaqona istinadən verdiyi xəbərə görə, Vaşinqton hökuməti Türkiyəyə Rusiya ilə imzaladığı S-400 razılaşmasını ləğv etmək üçün 31 iyula qədər vaxt verib.

Bloomberg nəşri "Pentaqon rəhbəri NATO müttəfiqinin rus hava müdafiə sistemindən vaz keçməzsə, ABŞ-ın 31 iyulda Türkiyənin F-35 savaş uçağı proqramındakı iştirakına son verəcəyini türk həmkarına bildirdi" yazıb.

Bununla birlikdə Şanahanın Türkiyənin S-400 mövqeyini dəyişdirməsi üçün zamanı olduğunu bildirib.

Şanahan Türkiyənin Müdafiə naziri Hulusi Akara yazdığı məktubda S-400 alışının Türkiyəni Rusiyaya strateji və iqtisadi cəhətdən bağlılığa sürüklədiyini və çox güclü türk müdafiə sənayesinin potensialının pozulacağını deyib.
Xəbər Lenti Giriş Populyar Reklam