Bu işsizlərə 180 manat TƏQAÜD VERİLƏCƏK - MÜTLƏQ OXUYUN » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bu işsizlərə 180 manat TƏQAÜD VERİLƏCƏK - MÜTLƏQ OXUYUN

Bu işsizlərə 180 manat TƏQAÜD VERİLƏCƏK - MÜTLƏQ OXUYUN

Müəllif: cavidan
//
03 Haziran 2019
//
//

Bu işsizlərə 180 manat TƏQAÜD VERİLƏCƏK - MÜTLƏQ OXUYUN

Peşə hazırlığına cəlb olunan işsizlərə təqaüd veriləcək.

Bəs, işsiz şəxsə təqaüd verilməsi hansı kriteriyalara əsasən təyin olunacaq?



DOST Agentliyinin mətbuat katibi Şahin Əliyev Redaktor.az-a açıqlamasında bildirib ki, işsiz şəxslərə 180 manat məbləğində təqaüd ayrılır:

“İşsiz şəxslər öz sənədlərini Agentliyə təqdim etməlidirlər. Araşdırmadan sonra həmin şəxslər agentlik tərəfindən Dövlət Məşğulluq Mərkəzinə yönləndirilir. Təqaüdün ayrılması ilə bağlı xüsusi meyarlar yoxdur. Vətəndaşın işsiz olması və kursa yazılmaq üçün müraciət etməsi yetərli amillərdir. Onu da qeyd edim ki, kursların sayı 30-dan yuxarıdır. İşsiz şəxs bu kurslardan birini seçə bilər. Kursa yazılan şəxs təhsil aldığı müddət ərzində minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunur”.



Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Bayramova isə qeyd edib ki, təqaüd verilməsi 18 yaşdan yuxarı bütün şəxslərə şamil olunur:

“Vətəndaş peşə hazırlığı kursuna müraciət etmək üçün ilk növbədə, yaşadığı ərazi üzrə Məşğulluq Mərkəzinə müraciət etməli və işsiz kimi qeydiyyata düşməlidir. Daha sonra hansı peşə üzrə təhsil almaq istədiyini bildirməli və müvafiq sənədləri toplayaraq Məşğulluq Mərkəzinə təqdim etməlidir. Müvafiq sənədlər barədə Məşğulluq Mərkəzi tərəfindən vətəndaşa məlumat verilir. Vətəndaş növbəlilik əsasında peşə hazırlığına cəlb edilir. Peşə hazırlığına yazılmaq və təqaüd almaq üçün 18 yaşdan yuxarı bütün şəxslər müraciət edə bilərlər”.

Qeyd edək ki, Nazirlər Kabineti “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nı təsdiq edib. Belə ki, işsiz kimi qeydiyyata alınmış şəxslər Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və “DOST” mərkəzlərinın göndərişi ilə peşə hazırlığı aldığı dövrdə aylıq təqaüd almaq hüququna malik olacaq.

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxsə verilən təqaüd aşağıdakı hallarda dayandırılacaq:

- işsiz kimi qeydiyyatı ləgv edildikdə;

- işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;

- təhsil müəssisəsindən xaric olunduqda.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam