“Təranə, mən Rəqsanə deyiləm haaa” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Təranə, mən Rəqsanə deyiləm haaa”

“Təranə, mən Rəqsanə deyiləm haaa”

Müəllif: Anar
//
26 Aralık 2012
//
//

“Təranə, mən Rəqsanə deyiləm haaa”

Yerli telekanalların birinin bayram çəkilişi zamanı müğənni Nüşabə Ələsgərli və prodüser Təranə Səmədova ilə arasında qalmaqal yaşanıb. xeberleragentliyi.com-un məlumatına görə, Təranə Səmədovanın yeni çalışdığı müğənni Fəqan Səfərovun həmkarı Nüşabə Ələsgərlidən öncə səhnəyə dəvət edilməsi narazılığa səbəb olub. Nüşabə Ələsgərli buna görə qəzəblənib: “Bu nədi? Uşaq-muşaqlar məndən qabaq oxuyur. Olmaz belə. Bu nə deməkdi axı?”

Yaxınlıqda olan Təranə Səmədova Nüşabə Ələsgərliyə sərt cavab verib: “Yaşda böyüksən deyə, əzib keçməlisən? Həddini bil. Çaşma. Növbəni gözlə”.
Prodüserin sözləri Nüşabə Ələsgərlini daha da əsəbiləşdirib, “mən sənə Rəqsanə deyiləm haaa... məni Rəqsanə ilə səhv salma. Otur yerində, sən kimsən axı?” deyə, Nüşabə ona cavab verib.
Prodüser isə müğənniyə cavab olaraq “mən Təranə Səmədovayam. Kim olduğumu xatırlatmağa gərək yoxdur” deyib.

Daha sonra yerli telekanalın əməkdaşları müdaxilə edərək onları sakitləşdiriblər.
Xəbər Lenti Giriş Populyar Reklam