Gömrük postunda metadon məhlulu aşkarlandı. » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Gömrük postunda metadon məhlulu aşkarlandı.

Gömrük postunda metadon məhlulu aşkarlandı.

Müəllif: Anar
//
01 Kasım 2012
//
//

Gömrük postunda metadon məhlulu aşkarlandı.
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Hikmət Məmmədova məxsus 1 ədəd selofan torbaya baxış keçirilib. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Baxış zamanı oradan gömrük nəzarətinə düzgün bəyan olunmayan 1 ədəd şüşə və 6 ədəd plastik qabda, cəmi 750 ml həcmində maye halında metadon məhlulu və 10 ədəd üzərində “Clonazepam-Sobhan 2” sözləri yazılmış konvalyutda, cəmi 200 ədəd həbdən ibarət “Klonazepam” adlı dərman preparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, metadon məhlulu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 750 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,525 qram təşkil edir. Eləcə də “Klonazepam” adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixatrop maddələr”in III Siyahısına daxildir və 200 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam