Nemət Pənahlı cərimə təcridxanasından çıxdı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Nemət Pənahlı cərimə təcridxanasından çıxdı

Nemət Pənahlı cərimə təcridxanasından çıxdı

Müəllif: Anar
//
25 dekabr 2012
//
//

Nemət Pənahlı cərimə təcridxanasından çıxdı

Dekabrın 25-də məhbus siyasətçi Nemət Pənahlı cərimə təcridxanasından çıxarılıb. Məlumatı “Media forum” saytına Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov verib.


Mehman Sadıqov dekabrın 25-də “Media forum” saytına deyib ki, Nemət Pənahlı aclıq aksiyasını davam etdirir: “Yəqin ki, o, digər məhkumlardan təcrid olunub həkim nəzarətinə götürüləcək”.

17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Nemət Pənahlı dekabrın 6-da 5 sutka cərimə təcridxanası cəzası alıb. Təcridxanada aclıq aksiyasına başlayandan sonra onun cərimə təcridxanasında əlavə 5 sutka da saxlanmasına qərar verilib. Dekabrın 16-da o, cəza təcridxanasından çıxarılsa da, aclığı davam etdirib. Dekabrın 18-də Nemət Pənahlı yenidən cərimə təcridxanasına salınıb. Bu dəfə 7 sutkalığa.

Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbər Lenti Giriş Populyar Reklam