“Ədəbiyyat Şəbəkəsi” Xaçmazda » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Ədəbiyyat Şəbəkəsi” Xaçmazda

“Ədəbiyyat Şəbəkəsi” Xaçmazda

Müəllif: Anar
//
25 Aralık 2012
//
//

“Ədəbiyyat Şəbəkəsi” Xaçmazda

“Ədəbiyyat Şəbəkəsi” layihəsi Xaçmazda uğurla davam edir.xeberleragentliyi.com-un bölgə mübiri Təranə Cəfərovanın verdiyi məlumatına görə, dekabrın 23-də layihə çərçivəsində Xaçmazda növbəti kitab müzakirəsi keçirilib. Məşhur Fransız yazıçı Frederik Beqbederin “Məhəbbət üç il yaşayır” romanı müzakirə olunub. Müzakirə RTV-nin “Yeni səhifə” ədəbi verilişinin “Kitab klubu” rubrikasında efirə gedəcək.

Xatırladaq ki, oktyabrın 21-də “Ədəbiyyat Şəbəkəsi” layihəsi Xaçmazda ilk təqdimat keçirib. Bundan sonra Sahilə İbrahimovanın kitabı müzakirə olunub. Layihənin rəhbəri Nigar Köçərli, “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu və layihənin fəal iştirakçıları Xanım Əliyeva, Məlahət Ədilova, İbrahim Əhmədov və digərləri Regional TV-də canlı efirdə yayınlanan “Səhər” verilişində 1 saat ərzində layihə ilə bağlı ətraflı məlumat veriblər.

Qeyd edək ki, “Ədəbiyyat Şəbəkəsi” layihəsi Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən layihədir. Layihənin əsas məqsədləri:

1. Bölgələrdə yaşayan gənclərinin kitaba həvəsini artırmaq
2. Kitabı, ədəbiyyatı ictimayyələşdirmək və aktuallaşdırmaq
3. Bölgələrdə yaşayan gənc kitabsevərlər arasında şəbəkələşmə yaratmaq.

Bunun üçün layihə çərçəvəsində 6 ay ərzində Azərbaycanın 11 bölgəsində kitab müzakirələri təşkil olunacaq, kitabsevərlərə kitab pulsuz paylanacaq, yazıçıların imza günləri təşkil olunacaq, flashmoblar keçiriləcək.
Bucky 24 Aralık 2016 20:15
You've got to be kidding me-it's so trstnpareanly clear now!

Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam