Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA

Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA

Müəllif: cavidan
//
25 May 2019
//
//

Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA
Bu ilin mayın 16-da Moskvada yaşadığı evdən çıxarkən həbs olunan tanınmış azərbaycanlı jurnalist Fuad Abbasova yeni vəkil tutulub.

Bu barədə Modern.az-a jurnalistin ailəsindən məlumat verilib.

Vəkilin dövlət qurumu tərəfindən tutulduğunu qeyd edən mənbə bildirib ki, həmçinin müvafiq dövlət qurumunun rəhbərliyi hər gün jurnalistin həyat yoldaşı ilə əlaqə saxlayır, lazımı dəstəyi verir.

Qeyd edək ki, jurnalist Abbasov 2015-ci ildən Rusiya telekanallarında təşkil olunmuş tok-şoularda Qarabağ münaqişəsi, Türkiyə-Rusiya münasibətlərindəki gərginlik və s. barədə çıxışları ilə geniş ictimaiyyət arasında populyarlıq qazanmışdı.

Abbasovu Türkiyənin “İhlas” agentliyinin müxbiri kimi Türkiyənin mövqeyini Rusiya ictimaiyyətinə çatdırır, eyni zamanda Azərbaycanla bağlı məsələlərə həsr olunmuş tok-şoularda da iştirak edirdi.

Son zamanlar Abbasov azərbaycanlıların bəzi diaspor təşkilatlarını həmvətənlərinin maraqlarını kifayət qədər qorumadıqlarına görə tənqid edirdi, onları ermənilərlə əməkdaşlıqda ittiham edirdi və Rusiya Azərbaycanlıları partiyasının yaradılacağının anonsunu verirdi.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam