İnstaqram istifadəçilərinə bəd xəbər » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İnstaqram istifadəçilərinə bəd xəbər

İnstaqram istifadəçilərinə bəd xəbər

Müəllif: cavidan
//
23 May 2019
//
//

İnstaqram istifadəçilərinə bəd xəbər

2019-cu il mayın 20-də informasiya təhlükəsizliyi üzrə mütəxəssis Anuraq Sen "Instagram” istifadəçilərinin məlumat bazasının internetdə yerləşdirilməsi haqqında məlumat verib. Məlumat bazasında tanınmış bloqer və brendlərin əlaqə informasiyası, həmçinin telefon nömrələri və elektron poçtları var.

Xeberleragentliyi.com "ICTnews”a istinadən xəbər verir ki, təxminən 49 milyon yazıdan ibarət bu məlumat bazası "Amazon Web Services” bulud xidmətində yerləşdirilib və güman ki sosial şəbəkələrdə marketinqlə məşğul olan və bloqerlərə brendlərin reklamından qazanmağa kömək edən Hindistanın "Chtrbox” şirkəti ilə bağlıdır.
Məlumat bazasında olan hər bir yazı əsasında "Instagram” hesabının dəyəri hesablanıb. "Chtrbox” reklam yerləşdirilməsinə görə "Instagram” istifadəçisinə ödəniləcək məbləği müəyyənləşdirmək üçün bu məlumatlardan istifadə edib.

Jurnalistlər internetdə yerləşdirilmiş məlumat bazasındakı bir sıra istifadəçi ilə əlaqə saxlayıblar. Onlar "Instagram”dakı hesablarının sazlanması üçün məlumat bazasında göstərilmiş telefon nömrələri və elektron poçt ünvanlarından istifadə etdiklərini təsdiq ediblər, amma "Chtrbox” şirkəti ilə hər hansı bir əlaqə olmasını təkzib ediblər.

"Instagram” sahibi olan "Facebook” şirkəti "Chtrbox” rəhbərliyinə müraciət edib və yalnız profil sahiblərinə əlçatan olan məlumatların adıçəkilən şirkətdə olması ilə bağlı izah tələb edib.(publika)
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam