"Siz buna layiqsiniz..." » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » "Siz buna layiqsiniz..."

"Siz buna layiqsiniz..."

Müəllif: Anar
//
25 dekabr 2012
//
//

 "Siz buna layiqsiniz..."

Azərbaycan prezidenti: «Siz buna layiqsiniz, siz yaxınlarınızı, sağlamlığınızı itirmisiniz»
«Gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında sizin kimi insanların rolu çox böyükdür»

«Son illər ərzində şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına beş minə yaxın mənzil verilib. Növbədə duranlar hələ var. Təqribən iki mindən çox ailə hələ növbədə dayanır. Onların məişət problemləri yaxın 3-4 il ərzində həllini tapacaq. Beləliklə, biz bu proqramı 3-4 ildən sonra başa çatdıracağıq». Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtdakı Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yeni yaşayış binasının açılış mərasimində bu fikirləri işlədib.

Prezidentin sözlərinə görə, «bu mənzillərin verilməsi və binaların tikilməsi çox nadir bir hadisədir».

«Bildiyimə görə, postsovet məkanında Azərbaycan yeganə ölkədir ki, bu istiqamətdə belə güclü sosial siyasət aparılır. Minik maşınlarının verilməsinə gəldikdə isə, bütövlükdə Azərbaycandan başqa, heç bir yerdə belə təşəbbüslər irəli sürülmür. Bu günə qədər bizim 3500-dən çox vətəndaş dövlətdən maşınları hədiyyə olaraq alıb.
Azərbaycan bu istiqamətdəki dövlət siyasətini bundan sonra da davam etdirəcək. Bizim güclü sosial siyasətimiz bütün sahələrdə özünü göstərir. İldən-ilə artan maaşlar, pensiyalar, ünvanlı sosial yardımın həcminin artırılması, eyni zamanda, bu il sovet dövründən qalmış əmanətlərin kompensasiya şəklində vətəndaşlara qaytarılması - bütün bunlar bizim nə qədər güclü sosial siyasətə malik olduğumuzu göstərir. Eyni zamanda, Vətən uğrunda, torpaq uğrunda şəhid olmuş insanların ailələrinə, sağlamlığını itirmiş soydaşlarımıza mənzillərin verilməsi də bizim dövlət siyasətimizin nə qədər düzgün olduğunu göstərir.

Biz bundan sonra da ehtiyacı olan və böyük hörmətə, qiymətə layiq olan soydaşlarımızın məişət problemlərinin həlli üçün əlimizdən gələni edəcəyik. Siz buna layiqsiniz, siz yaxınlarınızı, sağlamlığınızı itirmisiniz», deyə dövlət başçısı vurğulayıb.

Prezident Əliyev Azərbaycanın iqtisadi çəkisinin artdığını və bu ilin yekunlarına görə iqtisadi inkişafın yenə də özünü göstərdiyini bildirib: «Ölkə qarşısında duran bütün vəzifələr icra edilir, böyük investisiyalar qoyulur. Bu il ölkə iqtisadiyyatına 20 milyard dollardan çox investisiya qoyulub. Ölkə iqtisadiyyatının dinamik inkişafını gələcəkdə təmin etmək üçün konkret planlarımız var. Gələn ilin sonunda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi başa çatacaq. Ondan sonra 2014-cü ilin əvvəlində yeni proqram qəbul ediləcək və bu proqramın icrası nəticəsində Azərbaycan iqtisadi imkanlarını ən azı iki dəfə artıra bilər».

Dövlət başçısı müharibə zamanı şəhid olmuş, öz sağlamlığını itirmiş vətəndaşları cəmiyyətin dəyərli insanları adlandırıb. «Biz sizinlə fəxr edirik. Gənc nəsil də sizinlə fəxr etməlidir. Gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında sizin kimi insanların rolu çox böyükdür. Mən çox istəyirəm ki, siz tez-tez gənclərlə görüşəsiniz, məktəblərdə, ali məktəblərdə görüşlər keçirəsiniz. Müharibə haqqında, erməni vəhşiliyi haqqında həm gənc nəslə, eyni zamanda, bütün dünyaya daha da geniş məlumat çatdırasınız.
Xəbər Lenti Giriş Populyar Reklam