“Buta Sığorta və Təkrarsığorta Brokeri” QSC-yə direktor müavini təyin olunub » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Buta Sığorta və Təkrarsığorta Brokeri” QSC-yə direktor müavini təyin olunub

“Buta Sığorta və Təkrarsığorta Brokeri” QSC-yə direktor müavini təyin olunub

Müəllif: cavidan
//
22 May 2019
//
//

“Buta Sığorta və Təkrarsığorta Brokeri” QSC-yə direktor müavini təyin olunub

Tanınmış sığorta mütəxəssisi Elçin Eyvazov yeni yaradılmış “Buta Sığorta və Təkrarsığorta Brokeri” QSC-yə direktor müavini təyin edilib.

GNS xəbər verir ki, o, əvvəl Mega Sığortada Filial və Agent şəbəkəsinin İnkişafı İdarəsinin Direktoru vəzifəsində çalışıb.

Elçin Eyvazov 1998-2002 Azərbaycan Dövlət İqtisad Universitetinin, Ümumi İqtisadiyyat fakültəsini Bakalavr dərəcəsi üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 2001-ci ildən Dövlət Neft Şirkətində Mühəndis olaraq başlayıb. 2002-ci ildə isə “Azərkörpu” Tikinti Şirkətində SƏTƏM üzrə mühəndis vəzifəsində çalışıb. 2004-cü ildən isə sığorta sahəsində Satış Meneceri olaraq fəaliyyətini davam etdirib. 2005-ci ilin May ayından“Standard İnsurance” Sığorta Şirkətində əvvəlcə Anderayter, 2008-ci ilin Yanvar ayından isə Avtonəqliyyat Sığortası Şöbəsinin Direktoru vəzifəsində çalışıb.

2016-ci ilin İyun ayından “Meqa Sığorta” ASC-də “Mərkəz Filialı”nın direktoru, 2017-ci ilin fevral ayından isə Filial və Agent şəbəkəsinin İnkişafı İdarəsinin Direktoru vəzifəsində çalışıb. Bundan əlavə fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan Risk Peşəkarları Assosiasiyasının və Azərbaycan Sığortaçılar Assosiasiyasınında Monitorinq Qrupunun üzvü olub.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam