İsa Qəmbər Morninqstarla görüşündən danışdı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İsa Qəmbər Morninqstarla görüşündən danışdı

İsa Qəmbər Morninqstarla görüşündən danışdı

Müəllif: Anar
//
24 Aralık 2012
//
//

İsa Qəmbər Morninqstarla görüşündən danışdı

Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Toplantıda öncə Müsavat Partiyasının Divan üzvləri Qubad İbadoğlu, Vurğun Əyyub və Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının yerli və əcnəbi təşkilatlarla keçirdikləri görüşlərlə dair verdikləri məlumatlar dinlənilib.


Partiyadan “Qafqazinfo”ya verilən məlumata görə, daha sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər bir sıra partiyalarla birlikdə ABŞ səfiri Riçard Morninqstarla görüşü barədə məlumat verib.

Partiyadaxili məsələlərlə bağlı bölümdə Müsavat Partiyası Məclisinin keçiriləcəyi tarix yenidən müzakirə olunub. Divan Müsavat Partiyası Məclisinin yanvarın 4-də keçirilməsi qərara alınıb.

Divan həmçinin İctimai Palatanın prezident seçkilərində iştirakla bağlı ilkin qərarını müsbət qiymətləndirib və ölkədə köklü demokratik dəyişikliklərə nail olmaq məqsədi ilə 2013-cü ildə prezident seçkilərində iştirakı məqsədəuyğun hesab edib. Divan Müsavat Partiyası Məclisinin növbəti toplantısına prezident seçkilərində iştiraka dair qərar qəbul etməsini və İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsini tövsiyə edib.
İctimai-siyasi duruma dair müzakirələrdə Müsavat Partiyasının Məclis üzvü Nigar Yaqublunun hələ də həbsdə saxlanmasının və məhkəmənin siyasi motivlərlə qəbul etdiyi qərarının yolverilməz olduğunu bildirib.

Divan N.Yaqublunun işi ilə bağlı məhkəmə prossedurlarının tezliklə tamamlanmasını, eləcə də hakimiyyətin siyasi məhbusların ilin sonunadək azadlığa buraxılmasına dair qərar qəbul etməsini zəruri hesab edir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam