“Onların məqsədi problemin həllinə töhfə vermək deyil” – “İmitasiyadır!” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Onların məqsədi problemin həllinə töhfə vermək deyil” – “İmitasiyadır!”

“Onların məqsədi problemin həllinə töhfə vermək deyil” – “İmitasiyadır!”

Müəllif: cavidan
//
21 May 2019
//
//

“Onların məqsədi problemin həllinə töhfə vermək deyil” – “İmitasiyadır!”

Qabil Hüseynli: “Bununla göstərmək istəyirlər ki, guya problemin həlli istiqamətində səylərini davam etdirirlər”


Mayın sonunda Minsk qrupu həmsədrlərinin regiona səfəri gözlənilir.

Ermənistanın öz təcavzükar mövqeyindən bir addım da olsun imtina etmədiyi, işğal edilmiş ərazilərdə yallı oynadıqları, hərbi təlimlər keçirdikləri bir zamanda həmsədrlərin bölgəyə səfəri nəyisə dəyişə bilərmi? Bu səfərlərin hər hansı məna və əhəmiyyəti mövcuddurmu?

Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli məlum səfərlərin görüntü xarakteri daşıdığını qeyd etdi:

“Təbii ki, bu səfərlər sadəcə görüntü xarakteri daşıyır. Həmsədrlər bununla göstərmək istəyirlər ki, guya Qarabağ probleminin həlli istiqamətində səylərini davam etdirirlər. Bu səfərlərdə məqsəd məhz problemin həlli ilə bağlı səylərin davam etdiyi görüntüsünü yaratmaqdır. Yəni bu səfərlər imitasiya xarakteri daşıyır və problemin həllinə real olaraq hər hansı töhfə vermir. Bu günə qədər olan səfərlərin təhlili də bunu söyləməyə əsas verir”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam