GENERAL NAZİRİN ƏMİSİ OĞLUNU İŞDƏN AZAD ETDİ - Nöqsana görə... » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » GENERAL NAZİRİN ƏMİSİ OĞLUNU İŞDƏN AZAD ETDİ - Nöqsana görə...

GENERAL NAZİRİN ƏMİSİ OĞLUNU İŞDƏN AZAD ETDİ - Nöqsana görə...

Müəllif: cavidan
//
21 May 2019
//
//

GENERAL NAZİRİN ƏMİSİ OĞLUNU İŞDƏN AZAD ETDİ - Nöqsana görə...

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Qırmızı körpü” gömrük postunun rəisi Rəşad Babayevi tutduğu vəzifədən azad edib.

Mia.az xəbər verir ki, çıxarılan rəislə bağlı Uikal.org saytı maraqlı fakt yayıb.

Bildirilib ki, "Qırmızı Körpü" gömrük postunun rəisi vəzifəsindən azad olunan Rəşad Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmisi oğludur.

Xatırladaq ki, bu gün Dövlət Gömrük Komitəsi Rəşad Babayevin azad olunması ilə bağlı məlumat yayıb.

Komitə Türkiyədə müvəqqəti yaşayaraq Azərbaycana qayıdan ölkə vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişlərinin tələb olunmasına dair məlumatlara toxunaraq, bildirib ki, X.Şabanovanın ölkəyə qayıtdığı tarixdə "Qırmız Körpü" gömrük postunun rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub:

"Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların - ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib".

DGK qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə X.Şabanovaya təşəkkürünü bildirib.

Mia.az
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam