Azərbaycanda bəzi sahələrdə statistik müşahidələr aparılacaq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda bəzi sahələrdə statistik müşahidələr aparılacaq

Azərbaycanda bəzi sahələrdə statistik müşahidələr aparılacaq

Müəllif: Anar
//
24 dekabr 2012
//
//

Azərbaycanda bəzi sahələrdə statistik müşahidələr aparılacaq

«APA-Economics»in xəbər verdiyi kimi, bu, «2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı» Dövlət Proqramında göstərilir.

Proqrama əsasən, kənd təsərrüfatı, meşəçilik və ətraf mühit statistikası sahəsində 2006-2015-ci illəri əhatə edən Kənd təsərrüfatı siyahıyaalınması üzrə Ümumdünya Proqramına («WCA-2010 round») uyğun olaraq, 2014-2015-ci illərdə Azərbaycanda kənd təsərrüfatı siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi, beynəlxalq standartlara uyğun olaraq ətraf mühitin statistikasına və «yaşıl iqtisadiyyat»a dair kompleks göstəricilər sisteminin yaradılması və təkmilləşdirilməsi nəzərdə tutulur. Həmçinin ətraf mühitin mühafizəsinə dair milli göstəricilərin BMT-nin Avropa İqtisadi Komissiyasının tövsiyələrinə uyğunlaşdırılması istiqamətində də işlər aparılacaq.

Xidmət statistikası sahəsində müasir tələbləri nəzərə almaqla, beynəlxalq standartlara cavab verən turizm statistikası inkişaf etdiriləcək. Gənclərin ölkə iqtisadiyyatında iştirakını öyrənmək üçün onların təhsildən işə keçməsinə və işlə təmin olunmasına dair, habelə informasiya və kommunikasiya texnologiyalarının müasir inkişafını nəzərə alaraq, ölkə əhalisinin belə texnologiyalardan istifadəsinə dair seçmə statistik müayinələr aparılacaq. Nəqliyyat sahəsini daha dərindən öyrənmək məqsədi ilə dəmir yollarının siyahıyaalınması və yük avtomobili nəqliyyatı sahəsində seçmə statistika müayinəsi təşkil ediləcək, hesablamaların aparılması üçün metodologiya hazırlanacaq. Elm, texnologiya və innovasiya statistikası təkmilləşdiriləcək.

Körpə və uşaq ölümü haqqında Ümumdünya Səhiyyə Təşkilatının metodologiyasına uyğun məlumatlar əldə etmək məqsədi ilə körpələrin və 5 yaşınadək uşaqların ölümü hallarının qeydiyyatına dair statistik müayinə həyata keçiriləcək və məlumat bazası yaradılacaq. Dövlətin inkişafının strateji vəzifələrindən biri əhalinin rifahının daha da yüksəldilməsi və həyat şəraitinin yaxşılaşdırılmasıdır. Bunu nəzərə alaraq, uşaq yoxsulluğunun statistik öyrənilməsi tədbirləri həyata keçiriləcək.

Aparılacaq işlər nəticəsində elm, texnologiya və innovasiya statistikasının, habelə əhali, müəssisələr haqqında və inzibati məlumatların vəhdəti əsasında sosial və əmək statistikasının modernləşdirilməsinə şərait yaradılması, kiçik sahibkarlıq subyekti olan müəssisələrdə hesabat yükünün azaldılması məqsədi ilə kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti üzərində statistik müşahidələrin sadələşdirilməsinə nail olunması, iqtisadiyyatda, sosial sahədə, ev təsərrüfatlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin hərtərəfli öyrənilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə almaqla, bu sahədə informasiya cəmiyyətinin statistik monitorinqinin formalaşdırılması, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının həcmi, əkin sahələrinin ölçüsü, vətəndaşların şəxsi təsərrüfatlarında saxlanılan mal-qara və quşlar, şəhər və qəsəbələrdə yaşayanların şəxsi təsərrüfatları haqqında mövcud məlumatların dəqiqləşdirilməsi, əhalinin müxtəlif sosial-demoqrafik qruplarının həyat səviyyəsi və keyfiyyəti haqqında rəsmi statistik məlumatların əldə olunması gözlənilir.
Xəbər Lenti Giriş Populyar Reklam
6 otaqlı ev yandı Dünən, 10:156 otaqlı ev yandı
Cəbhədən XƏBƏR VAR Dünən, 10:05Cəbhədən XƏBƏR VAR