“Harda müxalif gördünüz tüpürün üzünə” - Rektorla bağlı ŞOK İDDİA : » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Harda müxalif gördünüz tüpürün üzünə” - Rektorla bağlı ŞOK İDDİA :

“Harda müxalif gördünüz tüpürün üzünə” - Rektorla bağlı ŞOK İDDİA :

Müəllif: cavidan
//
20 May 2019
//
//

“Harda müxalif gördünüz tüpürün üzünə” - Rektorla bağlı ŞOK İDDİA :

Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı daha bir qalmaqal yaranıb.

Unikal.org "Yeni Sabah”a istinadən xəbər verir ki, rektor universitet tələbələri ilə birgə keçirilən tədbirdə sensasiya hesab olunacaq bir "tövsiyə” ilə çıxış edib. Onun çıxış zamanı "harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” dediyi iddia olunur.

Bu haqda məlumat dünəndən sosial şəbəkələrdə yayılıb. Rektorun belə bir fikir səsləndirməsi kəskin tənqid olunub və elm adamı hesab olunan şəxsin dilindən bu ifadənin səslənməsi biabırçılıq kimi qiymətləndirilib.

Hələlik bununla bağlı rektordan və universitetdən hər hansı bir açıqlama yoxdur.

Xatırladaq ki, N. Əliyeva bir neçə dəfə bu kimi çıxışları və həmçinin Universitetdəki idarəçiliyi ilə medianın gündəminə gəlib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam