Azərbaycanın xalq artistinin səsi batdı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanın xalq artistinin səsi batdı

Azərbaycanın xalq artistinin səsi batdı

Müəllif: Anar
//
24 Aralık 2012
//
//

Azərbaycanın xalq artistinin səsi batdı

Tanınmış müğənni Nazpəri Dostəliyevanın səsi batıb.
Xanım müğənninin səsində problemin yaranması dekabrın 21-də məlum olub. “Lider” telekanalında aparıcı Murad Arifin “Solo” proqramının qonağı olan Nazpəri Dostəliyeva mahnı oxuya bilməyib.

Bütün gücü ilə normal ifaya cəhd edən müğənninin səsində xırıltılar yaranıb və o, ifanı yarımçıq saxlamaq dərəcəsinə çatıb. Bu problem xanım müğənninin “Unutdun məni” türk mahnısını ifa edən vaxt yaşanıb. Müğənni mahnını bitirəndən sonra Murad Arif Nazpəri Dostəliyevadan daha bir mahnı oxumasını xahiş edib.

Canlı ifa edən Nazpəri Dostəliyevanın səsi musiqiyə çatmayıb. Murad Arif rejissordan mikrafonun səsini artırmağı xahiş etsə də, N.Dostəliyevanın səsi yenə eşidilməyib. Aparıcı müğənnini vəziyyətdən çıxarmaq üçün tamaşaçılara Məndə olur arada, müğənnilərimizi belə imtahana çəkirəm ki, həqiqət üzə çıxsın” deyib verilişi söhbətlə davam etdirib.
Xəbər Lenti Giriş Populyar Reklam