İnternetdən istifadə edə bilməyən DEPUTATLAR - "Zaman onları vurub, çıxaracaq..." » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İnternetdən istifadə edə bilməyən DEPUTATLAR - "Zaman onları vurub, çıxaracaq..."

İnternetdən istifadə edə bilməyən DEPUTATLAR - "Zaman onları vurub, çıxaracaq..."

Müəllif: cavidan
//
16 May 2019
//
//

İnternetdən istifadə edə bilməyən DEPUTATLAR - "Zaman onları vurub, çıxaracaq..."

Prezident İlham Əliyevin çağırış və xəbərdarlıqlarından sonra məmurların cəmiyyətlə daha sıx əlaqədə olduğu müşahidə edilir.

Yüksək postda mövqe tutan dövlət işçiləri sosial mediada canlı yayım vasitəsilə əhalinin problemlərini dinləyir, onların şikayətlərinin həlli üçün addımlar atır, yeniliklər barədə məlumat verirlər. Məmurların cəmiyyətlə sıx əlaqəsi vətəndaşlar tərəfindən böyük məmuniyyətlə qarşılanır. Təsadüfi deyil ki, sosial media vasitəsilə dövlət işçilərinə edilən müraciətlərdən sonra bir çox problem həllini tapıb.

Son vaxtlar Feysbuk səhifəsində canlı yayımlara start verən deputatlardan biri də Aydın Mirzəzadədir. Millət vəkili sosial şəbəkələrin qazandırdığı əlavə imkanlarla bağlı Redaktor.az-a danışıb. O, hesab edir ki, cəmiyyətlə məmur arasında əlaqə vasitəsi olan media artıq yeni mərhələyə keçib:



“Dünyanın gündəmi bu gün sosial şəbəkələr və saytlar vasitəsi ilə müəyyən olunur. Bu gün cəmiyyətin bir hissəsi, eyni zamanda ictimai həyatda iştirak edən biri kimi bunu hiss edirəm. Ona görə də bundan yaxşı mənada istifadə etməyə çalışıram. Burada məqsəd kimlərəsə qarşı olmaq deyil, əksinə insanlarla daha çox təmasda olmaq, düşüncəmi bölüşmək, cəmiyyətdən reaksiya almaq üçün sosial şəbəkədə aktiv fəaliyyətə üstünlük verirəm. Feysbukda ilk canlı yayımımdan sonra bunun marağa səbəb olduğunu gördüm. Hətta Brüsseldə yekun sənədin imzalanmaması ilə bağlı cəmi 2 cümlədən ibarət statusum polemikalarda böyük müzakirəyə səbəb oldu. Dünən vaxtımın müəyyən hissəsini həmin statusa gələn suallara cavab verməyə həsr etdim. Həmin statusu 6000-dən çox insan oxudu və 220-dən çox rəy yazıldı. Artıq canlı yayımları mütəmadi olaraq etməyi düşünürəm. Səhifəm izləyicilərimin siyasi mövqelərini ortaya qoyması, təklif və iradlarını yazmaları üçün hər zaman açıq olacaq”.

Millət vəkili Fazil Mustafa da sosial şəbəkələrdən aktiv istifadə edənlər sırasındadır. F.Mustafa vurğulayıb ki, sosial şəbəkələr nemətdir:



“Sosial şəbəkələr vasitəsilə hansı şəkildə kimsənin iradəsindən asılı olmadan özün istədiyin formada cəmiyyətlə təmas qurma imkanı əldə edirsən. Digər tərəfdən, öz baxışlarını, problemlərə yanaşmanı, keçirdiyin tədbirləri sosial şəbəkə vasitəsilə izləyicilərini çatdıra bilərsən. Bu nemətdən doğru istifadə etmək lazımdır. Millət vəkilinin sosial şəbəkədən istifadə etməsi zəruridir. Sosial şəbəkə üzərindən cəmiyyətlə ciddi əlaqə yarada, seçicilərin mesajlarını operativ ala bilirsən. Çünki seçicinin məktub yazması, onun bizə çatması üçün vaxt lazımdır. Artıq sosial şəbəkələr vasitəsi ilə problemlərin operativ həlli mümkündür. Digər tərəfdən insanlar həm də təkliflərini sosial şəbəkə üzərindən rahatlıqla verə bilir. Bu da millət vəkillərinin işinə yarıyır. Çünki bununla cəmiyyətin problemlərini, fikirlərini asanlıqla müəyyən edə bilirlər. Sosial şəbəkədən istifadə eyni zamanda məşəqqətli işdir. Çünki burada xeyli cahil insanlarla da qarşılaşmaq mümkündür. Amma bütün hallarda faydalı mexanizmdir. Bir fikrin operativ ictimailəşməsi bu fikrin cəmiyyətdə alt qatlara qədər yayılmasına fayda verir. Bu baxımdan sosial şəbəkədə fəaliyyətimi davam etdirmək fikrindəyəm.

Sosial şəbəkədən, müasir texnologiyalardan aktiv istifadə edən millət vəkilləri, məmurlarla yanaşı ümumiyyətlə, bundan anlayışı olmayan, hətta "ağıllı" telefonlarla mesaj yaza bilməyən məmurlar da kifayət qədər çoxdur. Dövr, zaman, sürət dəyişir, internetdən kənar qalan məmurların bu gün yeri haradır?

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı məsələ ilə bağlı Redaktor.az-a açıqlama verib. E.Şıxlı hesab edir ki, millət vəkili seçilən adam ictimai adam olmalıdır:



“İnternet vasitəsi ilə istənilən vaxt cəmiyyətlə təmas qurmaq olur. Milli Məclisdə 125 deputatdan təxminən 50-60 nəfərinin yaşı 80-dən çoxdur. Yəni bu, insanların yenidən Feysbuk, internet, komputerdən istifadə etməsini gözləməyə dəyməz. Çünki onlar artıq başqa bir zamanın insanlarıdır. Digər tərəfdən, bizim deputatlar haqqında Vikipediyada məlumatlar çox azdır. Axtarış versəniz, əksəriyyəti haqqında ümumiyyətlə, heç nə yoxdur. Acınacaqlısı odur ki, bir çoxlarının adını ancaq deputat seçiləndən sonra eşidirik”.

Məsələ ilə bağlı saytımıza danışan İlqar Rəsul bildirib ki, zaman sürətlə ayaqlaşa billməyən deputatları, məmurları vurub, çıxaracaq:



“Əslində, sürətlə ayaqlaşa bilməmək deputatların özlərindən asılı deyil. Məsələn, Aydın Mirzəzadə bütün vəziyyətlərə adaptasiya olmağı bacaran şəxsdir. Sabah başqa bir şey çıxsa, ona adaptasiya olacaq və ondan istifadə edəcək. Fazil Mustafa müasir dövrün adamıdır. Amma bir qisim deputatlar var ki, onlar sosial şəbəkədə yalnız tapşırıq gəldiyi üçün istifadəçiyə çevrilir. Amma bu görüntüdən başqa bir şey deyil, həmin deputatlar sosial şəbəkədə bununla sadəcə mövcud olurlar, fəaliyyət göstərmirlər. Təsadüfi deyil ki, sosial şəbəkə yaxud saytlar vasitəsi ilə dedikləri də çox vaxt onların əleyhinə yönəlir. Çünki onlar sosial şəbəkənin ümumiyyətlə, miqyasını anlaya bilmirlər. Əslində proseslər təbii getsə, zaman həmin deputatları, məmurları vurub çıxaracaq. Axır ki, parlamentin özü də sosial şəbəkə istifadəçilərindən təşkil olunacaq. İndi bu barədə danışmaq tezdir. Çünki bizdə elə deputatlar var ki, deputat seçilməyə bir növ adət ediblər. Artıq onlar deputat olmağa o qədər həvəs ediblər ki, deputatlıq həvəsi də onlarda qalmayıb. Bu baxımdan, adamları sosial şəbəkəyə adaptasiya etmək, uyğunlaşmaq və digərləri ilə ayaqlaşmaq həvəsi heç cür ola bilməz. Bu həvəssizlik də gec-tez onları proseslərdən kənarda qoyacaq”.

REDAKTOR.AZ
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam