Azərbaycanda gülçülük yenidən dirçəlir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda gülçülük yenidən dirçəlir

Azərbaycanda gülçülük yenidən dirçəlir

Müəllif: cavidan
//
16 May 2019
//
//

Azərbaycanda gülçülük yenidən dirçəlir
XX əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülük təsərrüfatları olub. Həmin dövrdə Bakı kəndlərindən Zabrat, Maşatağa, Naradarn, Bilgəh, Mərdəkan və Şüvəlanda gülüçülük sovxozları fəaliyyət göstərib. Hansı ki, onlar həm Azərbaycanı, həm də SSRİ-ni güllə təmin edirdi.

Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı yaradılmışdı. Sovet İttifaqı dağılandan sonra Azərbaycanda gülçülük təsərrüfatları tənəzzülə uğradı.
Hazırda Azərbaycanda bu səhə ilə məşğul olan təsərrüfatların sayı elə də çox deyil. Fəaliyyət göstərən təsərrüfatlar yenə də əsasən Bakı kəndlərindədir, amma əvvəlkindən xeyli kiçikdirlər. Hazırda həmin təsərrüfatlarda zambaq, nərgizgülü, qızılgül, xrizantema, kala yetişdirildiyi bildirilir.



Amma ekspert Nicat Nəsirli Modern.az-a bildirib ki, son illər Azərbaycanda gülçülük inkişaf tempindədir:
“Həm Bakı kəndlərində, həm regionlarda, konkret olaraq Şəmkir rayonun Sarıtəpə kəndində gülçülük istixanaları salınıb. Bakıda satılan güllərin 60 faizi yerli istehsaldır. Güllərin toxumu vaxtilə Hollandiyadan gətirilib və hazırda bu sahəyə kifayət qədər böyük maraq var.

Bu gün dünyanın ən böyük gül istehsalçısı olan Hollandiya, Fransa və digərlərində güllər sənaye üsulu ilə istehsal olunduğuna görə, məhsulun maya dəyəri ucuz başa gəlir. Biz istənilən sahəni qura bilərik, amma onun rəqabətə nə qədər davam gətirə biləcəyini göz önünə almalıyıq.

Bununla belə, ümumiyyətlə gülçülük sahəsində mövqeyimiz indi pis deyil, ciddi tendensiya gedir, bu sahəyə böyük maraq var. Çünki gülçülük iqtisadi baxımdan çox rentabellidir. Yəni əkdikdən qısa müddət sonra yığıb satışa çıxara bilirik”.



N.Nəsirli qeyd edib ki, hazırda Şəmkirdə və Bakı kəndlərində müxtəlif gül sortları yetişdirilir:
“Xüsusi sahibkarlar investisiya qoyur, müəyyən hissə dövlət güzəştlərindən faydalanaraq, gülçülüyü inkişaf etdirir. Gülçülükdə dövlətin nəzarətində olan istehsal sahəsi yoxdur.

Ümumiyyətlə, gülçülükdə iki istiqamət var: mərasim gülçülüyü və ilin bütün fəasillərində, tədbirlərdə tələbat olan gülçülük. Qərənfil 1990-cı il hadisələrindən sonra “mərasim gülü” oldu. Bu gül Abşeron yarımadasında həyətyanı sahələrdə, o da faciə günü yaxınlaşanda yetişdirilir. Qərənfil əkilməsində iqtisadi maraq yoxdur. Mən əksəriyyət vaxt görmüşəm ki, yetişdirdikləri qərənfili pulla satmırlar. Çox cüzi hissəsi Rusiya və Ukraynaya göndərilir.

Daha çox tələbat olan güllərə gəldikdə, burada qızılgülün müxtəlif növləri üstünlük təşkil edir. Həmin güllərə ölkəmizdə böyük tələbat var. Bilirsiniz, Hollandiya gülçülüyün intensiv yetişdirilməsinə nail olub. Əvvəl istixanlarda tərəvəz yetişdirirdilər, indi meyvə də yetişdirirlər, eləcə də gül. Bu ölkələrdə elmi-texniki nəaliyyətlər o qədər inkişaf edib ki, istənilən sahənin yüksəldilməsini bacarırılar. Bitki üçün lazım olan biomühiti evdə də versən, o yetişəcək.

Hollandiya il ərzində kənd təsərrüfatından 60 milyard dollar qazanırsa, onun 15-20 milyardı gülçülüyün payına düşür. Belə bir rəqabətin qabağında Azərbaycan kimi balaca ölkənin dayanması asan deyil. Ölkəmizdə maraq var, istehsal sahələri qurulur. Doğrudur, istehsal sahələrinin qurulması prosesi sürətli getmir. Bu da obyektivdir. Çünki bu sahənin inkişafı üçün toxumçuluğu inkşaf etdirmək, kadr tapmaq, texnogiyasını hazırlamaq kifayət qədər vaxt alır”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam