ABŞ-ın Qarabağ planı: 18 ildən sonra... » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » ABŞ-ın Qarabağ planı: 18 ildən sonra...

ABŞ-ın Qarabağ planı: 18 ildən sonra...

Müəllif: cavidan
//
16 May 2019
//
//

ABŞ-ın Qarabağ planı: 18 ildən sonra...

Vaşinqton Azərbaycan və Ermənistan liderlərini öz ərazisində görüşdürmək istəyir.
Xeberleragentliyi.com bildirir ki, politoloq Elxan Şahinoğlu ABŞ-ın Qarabağ məsələsində vasitəçiliyi ələ alacağı ilə bağlı fikirlərə münasibət bildirib. Politoloq hesab edir ki, 18 illik uzun fasilədən sonra ABŞ ərazisində ilk bu növ görüş olacaq:

"Sonuncu dəfə Azərbaycan və Ermənistan liderləri 2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərciyində görüşmüşdülər. Masa üzərinə sazişin mətni qoyulsa da, imzalanmadı. Çünki Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermirdi. Budəfəki görüşdən iki səbəbə görə real nəticə gözləmək çətindir. Birincisi, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin köklü həllinə hazır deyil, o, sadəcə bəzi mövzuları müzakirə etməyə hazırdır: atəşkəsi necə qoruyaq, inam atmosferini necə yaradaq, gediş-gəlişi bərpa edək. Bu mövzular isə münaqişə həll olunmadan bizi maraqlandırmır, maraqlandırmamalıdır da. Çünki bu detallar münaqişənin uzanmasına xidmət edir ki, bu da Ermənistanın maraqlarına uyğundur. Vaşinqton görüşünün nəticəsiz qalmasına dəlalət edəcək ikinci səbəb isə Ermənistan hakimiyyətinin əvəlki kimi Moskvadan asılı olmasıdır. ABŞ hazırda Rusiyanın rəqibidir, demək olar ki, bütün məsələlərdə fərqli mövqelərə malikdir. Digər tərəfdən, Amerikanın Rusiyaya qarşı sanksiyaları mövcuddur. Belə şəraitdə Moskva Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşündə uğur qazanılmasını istəməz”.
Politoloq vurğulayıb ki, ABŞ bununla Cənubi Qafqazda söz sahibi olmasına eyham vurur:
"Kreml isə bu cür eyhamları rədd edir və ABŞ-ın Cənubi Qafqazdakı varlığına qısqanc yanaşır. Ona görə də Kreml İrəvanın əli ilə Amerikanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mümkün fəallığına mane olmağa çalışacaq”.
Xatırladaq ki, Xarici İşlər naziri Elmar Məmmədyarov Polşada səfərdə olarkən bildirmişdi ki, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün ABŞ-da keçirilməsi ilə bağlı ABŞ dövlət katibindən dəvət alıb.(redaktor)
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam