Birinci rübdə banklar 120 milyon manatadək kapital inyeksiyası həyata keçirib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Birinci rübdə banklar 120 milyon manatadək kapital inyeksiyası həyata keçirib

Birinci rübdə banklar 120 milyon manatadək kapital inyeksiyası həyata keçirib

Müəllif: cavidan
//
16 May 2019
//
//

Birinci rübdə banklar 120 milyon manatadək kapital inyeksiyası həyata keçirib

Cari ilin ilk rübündə banklar 120 milyon manatadək kapital inyeksiyası həyata keçirib. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyəti dövründə bank sektorunda 1,8 milyard manatdan çox kapital inyeksiyası reallaşdırılıb. Bu, bank sektorunun dayanıqlılığının təcəssümüdür.

AZƏRTAC xəbər verir ki, bu barədə MBNP-in idarə heyəti sədrinin vəzifəsini icra edən İbrahim Alışov deyib.

O qeyd edib ki, ölkəmizdə həyata keçirilən dayanıqlı iqtisadi inkişaf, iqtisadi göstəricilərin müşahidə olunan artım tempi, maliyyə bazarları infrastrukturunun sabit fəaliyyəti informasiya texnologiyaları sahəsində, yəni çağırışların bank sisteminə də transformasiyasının sürətləndirilməsinə əlverişli imkan yaradır: “Cari ilin birinci rübündə ölkə üzrə ÜDM-in artımı 3 faiz, qeyri-neft ÜDM-də isə 1,7 faiz artım olub. Üç ayda qeyri-neft məhsullarının ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 faiz artıb. Orta illik inflyasiya bu ilin birinci rübündə 2,1 faiz olub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 4 faizin üzərindədir”.

İ.Alışov bildirib ki, makroiqtisadi mühitdə olan inkişaf bank sektorundan da yan keçməyib. Bank sektoru məlum hadisələrdən sonra öz inkişaf trendini davam etdirir. Birinci rübdə əhali əmanətlərinin de-dollarlaşması ölkənin həm makroiqtisadi mühitdə, həm monetar siyasətdə, eyni zamanda, fiskal siyasətdə həyata keçirdiyi siyasətin doğru, düzgün və uzaqgörən olduğuna dəlalət edir. Ölkədə 8,3 milyard mövcud olan əmanətin dollarlaşma səviyyəsi təxminən 60 faizə düşüb. Bu ilin birinci rübündə bankların iqtisadi aktivliyi nümayiş olunur. 1,7 milyard manat həcmində kredit qoyuluşu həyata keçirilib ki, bunun özü də birinci rübün göstəriciləri üçün böyük rəqəmdir.

“Eyni zamanda, mövcud devalvasiya hadisələrindən sonra bankların kapital adekvatlığı 20 faiz üzərində olmayıb. Bu gün sektorun kapital adekvatlığı 22 faizdir. Keçən illə müqayisədə bu il sektorun rəqəmsallaşdırılmasında uğurlar əldə edilib. Keçən illə müqayisədə həm elektron ödənişlərin həcmində artım müşahidə olunur, eyni zamanda, bankların rəqəmsallaşmasında da müsbət dinamikanı müşahidə edirik. Cari ilin birinci rübündə açılmış hesablar üzərindən aparılan əməliyyatlar təxminən 30,1 faizi elektron bankçılıq xidmətləri üzərindən həyata keçirilib. Ölkədə hazırda 6,8 milyon bank kartı var. Bu dövrdə 772 min ədəd təmassız ödəniş kartı dövriyyəyə buraxılıb. Bu, ötən ilin müvafiq dövründən 2,1 dəfə çoxdur. Elektron ticarətlə bağlı bu ilin birinci rübündə aparılan əməliyyatlar keçən ilin müvafiq dövrünü 2 dəfəyə yaxın üstələyir", - deyə İ.Alışov qeyd edib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam