Erməni generalın - ŞOK SATQINLIĞI ÜZƏ ÇIXDI » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Erməni generalın - ŞOK SATQINLIĞI ÜZƏ ÇIXDI

Erməni generalın - ŞOK SATQINLIĞI ÜZƏ ÇIXDI

Müəllif: cavidan
//
16 May 2019
//
//

Erməni generalın - ŞOK SATQINLIĞI ÜZƏ ÇIXDI

Ermənistanda Nikol Paşinyanın erməni hərbi birləşmələri baş qərargahının kəşfiyyat idarəsinin keçmiş rəhbəri, "aprel müharibəsi”ndə erməni ordusunun məğlubiyyətinə görə əsas günahkar olaraq təqdim olunan Arşak Karapetyanı özünə müşavir təyin etməsinin səbəbi məlum olub.

Xeberleragentliyi.com xəbər verir ki, Paşinyan Karapetyanı ötən ilin dekabrında vəzifəyə gətirib.

Onun bu addımı ermənilər tərəfindən ciddi narazılığa səbəb olmuşdu. Çünki Ermənistanda "aprel müharibəsi” zamanı kəşfiyyat idarəsinin rəhbəri olmuş Karapetyanın Azərbaycan Ordusunun hərəkəti haqqında dəqiq məlumat verə bilmədiyi üçün məğlub olduqlarını hesab edənlər var.

Keçmiş prezident Serj Sarkisyan məğlubiyyətdən sonra Karapetyanı vəzifəsindən çıxararaq Moskvada hərbi attaşe təyin etdi.

Lakin Nikol Paşinyan hakimiyyətə gələndən sonra Karapetyanı geri çağırdı və özünün müşaviri vəzifəsinə gətirdi. Paşinyan bildirdi ki, o, "aprel müharibəsi”nə dair yüzlərlə məxfi sənədi oxuyub, amma heç birində kəşfiyyatın səhvinə dair məlumat əldə edə bilməyib.

Erməni şərhçi Akop Badalyan isə Azərbaycan Ordusunun qarşısından qaçan kəşfiyyat generalının Paşinyan tərəfindən vəzifəyə gətirilməsinin şok səbəbini açıqlayıb.

"Robert Koçaryana qarşı 1 mart işi üzrə irəli sürülən ittihamlar Karapetyanın xüsusi ifadələri əsasında irəli sürülüb. Karapetyan ifadələrində bildirib ki, 2008-ci ilin 23 fevralında Robert Koçaryan müdafiə naziri olan Mikayel Artünyanı ordudakı vəziyyətə nəzarət edə bilməməkdə ittiham edib. Hətta Artünyan müavini Manvel Qriqoryanın harada olduğunu belə bilmirmiş. Bu ifadələr əsasında Koçaryanın həbsi mümkün olub. Paşinyan da Koçaryanı satan generalı özünə müşavir təyin edib. Bu faktı Koçaryanın vəkilləri də təsdiqləyiblər”, - deyə erməni şərhçi bildirib.(publika)
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam