Bu gün “Eurovision”u Çingiz bağlayacaq » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bu gün “Eurovision”u Çingiz bağlayacaq

Bu gün “Eurovision”u Çingiz bağlayacaq

Müəllif: cavidan
//
16 May 2019
//
//

Bu gün “Eurovision”u Çingiz bağlayacaq

Bu gün 64-cü "Eurovision” mahnı müsabiqəsinin növbəti buraxılışı baş tutacaq. Anews.az xəbər verir ki, layihənin ikinci yarımfinalında 18 ölkə təmsilçisi Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək.
Onlar Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstrya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Niderland, Makedoniyadır.
Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə sonuncu, yəni 18 nömrə altında səhnəyə çıxacaq.
Bu məqamda bildirək ki, dünən ikinci yarımfinalın böyük məşqi baş tutub və hər bir ölkənin münsiflər heyəti iştirakçılara ballarını veriblər. Səslər müsabiqə nəticələrinin 50 faizini təşkil edir. Digər 50% isə sabah bütün çıxışlardan dərhal sonra tamaşaçıların verəcəyi səslərin hesabına əldə olunan xallar olacaq.(qafqazinfo)
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam