"GreenCard" oynuyanlar üçün - SƏRT XƏBƏRDARLIQ - RƏSMİ » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "GreenCard" oynuyanlar üçün - SƏRT XƏBƏRDARLIQ - RƏSMİ

"GreenCard" oynuyanlar üçün - SƏRT XƏBƏRDARLIQ - RƏSMİ

Müəllif: cavidan
//
15 May 2019
//
//

"GreenCard" oynuyanlar üçün - SƏRT XƏBƏRDARLIQ - RƏSMİ

ABŞ-ın Azərbaycandakı səfirliyi 2020-ci il üçün Viza Lotereyası proqramının (GreenCardVisa) ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.
Xeberleragentliyi.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.Qeyd olunur ki, bu cür saxta elektron poçt və məktubların müəllifləri "GreenCard" proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.


"Bundan əlavə, yerli viza təşkilatları Viza Lotereyasına daxil etmək məqsədi ilə Sizdən şəxsi məlumatları almaq üçün müraciət edə bilər. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli "GreenCard" təşkilatı ilə çalışmır və ya dəstək göstərmir", - səfirliyin bəyanatında deyilir.


Diplomatik nümayəndəlikdən bildirilib ki, ərizəçilər bu cür fırıldaqçılıq əməlinin qurbanı olduğunu hesab edirlərsə və yaxud fırıldaq məqsədi ilə onlara müraciət olunubsa, "Facebook" səhifəsi vasitəsilə və yaxud Consularbaku@state.gov elektron poçt ünvanına müraciət etməklə səfirliyə məlumat versinlər.


Bundan başqa, yalnız Dövlət Departamentinin rəsmi saytı (http://www.dvlottery.state.gov) vasitəsilə heç kimə ödəniş etmədən ərizəni yoxlamaq olar.(qaynarinfo)
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam