“Azərbaycan idman salnaməsinə yeni nailiyyət yazacaq...” » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » “Azərbaycan idman salnaməsinə yeni nailiyyət yazacaq...”

“Azərbaycan idman salnaməsinə yeni nailiyyət yazacaq...”

Müəllif: Anar
//
23 Aralık 2012
//
//

OXUNUB:271
“Azərbaycan idman salnaməsinə yeni nailiyyət yazacaq...”

“London Yay Olimpiya Oyunlarında əldə etdiyimiz nailiyyətlərə görə dünyada 30-cu yerdəyik”.
xeberleragentliyi.com-un əməkdaşı Amil Bayramovun verdiyi məlumata görə, bunu Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdiri Əli Həsənov “İdman” qəzetinin 80 illik yubileyində çıxışı zamanı söyləyib.

Əli Həsənov bildirib ki, artıq Azərbaycan həqiqətən idman ölkəsinə çevrilib: “İdman ölkəsi sayılmaq üçün dövlət səviyyəsində idmana diqqət göstərilir. Dövlətimizin və şəxsən prezident İlham Əliyevin idmana münasibəti göz qabağındadır. Dünyada bayrağımızı qaldıranlar, ölkəmizi uğurla təmsil edənlər arasında idmançılarımız da var”.

Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdiri qeyd edib ki, Azərbaycan dövləti ilk dəfə 2015-ci ildə Bakıda təşkil olunacaq Avropa Olimpiya Oyunlarını ləyaqətlə keçirərək idman salnaməsinə yeni nailiyyət yazacaq. Əli Həsənov “İdman” qəzetinin yubileyini ölkəmiz üçün də əlamətdar bir hadisə sayıb. O, qəzetin yubileyini təkcə idmansevərlərin deyil, idman mediasının da bayramı adlandırıb.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam