Daha bir məktəbli özünü pəncərədən atdı - SON DƏQİQƏ » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Daha bir məktəbli özünü pəncərədən atdı - SON DƏQİQƏ

Daha bir məktəbli özünü pəncərədən atdı - SON DƏQİQƏ

Müəllif: cavidan
//
14 May 2019
//
//

Daha bir məktəbli özünü pəncərədən atdı - SON DƏQİQƏ

Bu gün sosial şəbəkələrdə Bakı şəhəri 273 saylı tam orta məktəbdə şagirdin özünü pəncərədən atması xəbəri yayılıb.

Məlumatda bildirilir ki, məktəbdə tənəffüs zamanı, saat təxminən 11:20 radələrində məktəbin VIII sinif şagirdi (şagirdin adı qeyd olunmur) dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb və bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bakı Şəhər Təhsil İdarəsindən Anews.az-a bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək: "Təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür".(news24.az)
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam