Əflatun Amaşov: “Təəssüf ki, KİV-də qadın baş redaktorların sayı azdır" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Əflatun Amaşov: “Təəssüf ki, KİV-də qadın baş redaktorların sayı azdır"

Əflatun Amaşov: “Təəssüf ki, KİV-də qadın baş redaktorların sayı azdır"

Müəllif: cavidan
//
13 May 2019
//
//

Əflatun Amaşov: “Təəssüf ki, KİV-də qadın baş redaktorların sayı azdır"

"Azərbaycanda jurnalistika sahəsində çalışanların 45-55 faizi qadınlardır"

Xeberleragentliyi.com - ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən "Gender bərabərliyi və media” adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, bu gün Azərbaycan mətbuatında əsas işlək qüvvə qadınlardır: "Azərbaycanda jurnalistika sahəsində çalışanların 45-55 faizi qadınlardır. Təəssüf ki, kütləvi informasiya vasitələrində say baxımından qadın baş redaktorların sayı azdır”. Ə.Amaşov onu da bildirib ki, Mətbuat Şurasına daxil olan müraciətlərin daha çoxu qadın istismarı ilə bağlıdır: "Mətbuat Şurasına 700-ə yaxın şikayət daxil olub. Bunun da 15-20 faizə qədəri qadın istismarına qarşı olub, bəzi məqamlarda hadisələr baş verərkən, o hadisələrdə iştirak edən qadının rolunun daha çox qabardılması, bəzi məqamlarda onların adının hallanması, hadisələrin şişirdilməsi ilə bağlıdır”. (news24.az)
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam