İş axtaranların nəzərinə - "ASAN xidmət" işçi axtarır » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İş axtaranların nəzərinə - "ASAN xidmət" işçi axtarır

İş axtaranların nəzərinə - "ASAN xidmət" işçi axtarır

Müəllif: cavidan
//
08 May 2019
//
//

İş axtaranların nəzərinə - "ASAN xidmət" işçi axtarır

2019-cu il ərzində Bakı şəhərində və bölgələrdə 6 yeni "ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq.

"ASAN xidmət”-in mətbut xidmətindən Anews.az-a verilən məlumata görə, "Dövlət qulluğu haqqında” qanunun 28-ci maddəsinə əsasən, yeni açılacaq Tovuz, Şamaxı, Kürdəmir, Ağcabədi, Balakən və 6 saylı Bakı "ASAN xidmət” mərkəzlərində olan vakant inzibati vəzifələr üzrə elan yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Dövlət Agentliyinin (www.vxsida.gov.az) internet saytlarında yerləşdiriləcək.

Elan olunacaq vakant inzibati vəzifələrə sertifikatı olan, vəzifənin tutulma şərtlərinə uyğun olan vətəndaşlar müraciət edə bilərlər.

Müsahibəyə hazırlaşarkən Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdirilən müsahibə proqramından istifadə olunması tövsiyə edilir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam