“Biz Şuşaya tələsirik” – İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşdü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Biz Şuşaya tələsirik” – İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşdü

“Biz Şuşaya tələsirik” – İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşdü

Müəllif: cavidan
//
08 May 2019
//
//

“Biz Şuşaya tələsirik” – İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşdü

Xeberleragentliyi.com xəbər verir ki Bu gün Abşeron Rayon İcra Hakimiyyətində Şuşalı şəhid ailələri ilə görüş keçirilib. Şuşa şəhərinin 1992-ci il 8 may tarixində işğalı ilə əlaqədar olaraq baş tutan görüşdə Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sukutla yad eilib.
Şuşa şəhərinin Azərbaycanın tarixində çox böyük əhəmiyyətə malik olduğunu, bu şəhərin tarixinin tam araşdırılmadığını bildirən Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonlarımızın işğal günlərində həmin bölgələrdən olan şəhid ailələri ilə gürüşlərin keçirildiyini, bunun da məqsədinin gəclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi, işğal altında olan ərazilərimizin təbliğ edilməsi, onların unudulmamasına çalışmaq olduğunu bildirib.

Azərbaycanda ilk məktəbin məhz Şuşada açıldığını, lakin sovet dövründə bir çox tarixi faktların bilərəkdən saxtalaşdırıldığını söyləyən başçı bu şəhərin təkcə mədəniyyət beşiyi olmadığını, eyni zamanda elmi mərkəz funksiyasını yerinə yetirdiyini deyib.
Prezident İlham Əliyevin işğala məruz qalan ərazilərimizin sülh yolu ilə geri qaytaramağa çalışdığını, lakin bu mümkün olmadıqda hərbi yolla rayonlarımızın azad ediləcəyini vurğulayan başçı əlavə edib ki, Azərbaycan əsgərlərinin uğurlu hərbi əməliyyatlar bu inamımızı bir daha möhkəmləndirib.

Daha sonra Şuşadan olan şəhid ailələri torpaqlarımızın tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəklərinə inandıqlarını bildirərək onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər. “Biz Şuşaya tələsirik” - deyən şəhid ailələri dədə-baba yurdlarına dönmək istədiklərini vurğulayıblar.

Sonda şəhid ailələrinə maddi yardımlar göstərilib.
“Biz Şuşaya tələsirik” – İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşdü
“Biz Şuşaya tələsirik” – İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşdü
“Biz Şuşaya tələsirik” – İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşdü
“Biz Şuşaya tələsirik” – İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşdü
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam