"Liverpul" "Barselona"nı darmadağın edib, finala çıxdı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "Liverpul" "Barselona"nı darmadağın edib, finala çıxdı

"Liverpul" "Barselona"nı darmadağın edib, finala çıxdı

Müəllif: cavidan
//
08 May 2019
//
//

"Liverpul" "Barselona"nı darmadağın edib, finala çıxdı

Çempionlar Liqasında ilk finalçı "Liverpul" olub.


Qaynarinfo xəbər verir ki, Yurgen Kloppun baş məşqçi olduğu kollektiv yarımfinalda "Barselona"nı iki oyunun yekununda mübarizədən kənarlaşdırıb. İlk matçda 0:3 hesabı ilə uduzan mersisaydlılar cavab görüşündə daha böyük fərqlə qalib gəliblər - 4:0.


Hesabı 7-ci dəqiqədə Divok Origi açıb. 54-cü dəqiqədə Jorjino Veynaldum ikinci qolu vurub. Bundan 2 dəqiqə sonra Veynaldum, 79-cu dəqiqədə isə Origi "dubl" edib.


Beləliklə, "Liverpul" inanılmazı bacararaq, ardıcıl ikinci mövsüm finala yüksəlib. Həlledici görüşə daha bir vəsiqənin sahibi bu gün "Ayaks" və "Tottenhem" arasındakı matçdan sonra müəyyənləşəcək. Final oyunu iyunun 1-də Madriddəki "Metropolitano" stadionunda keçiriləcək.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam