Xalq artistimizin səhhətində yaranan problem aradan qalxdı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Xalq artistimizin səhhətində yaranan problem aradan qalxdı

Xalq artistimizin səhhətində yaranan problem aradan qalxdı

Müəllif: Anar
//
22 dekabr 2012
//
//

Xalq artistimizin səhhətində yaranan problem aradan qalxdı

Azərbaycanın Xalq artisti Rasim Balayevin səhhətindəki problem aradan qalxıb. Xalq artisti ANS PRESS-ə açıqlamasında bildirdi ki, artıq gözündə narahatlıq hiss etmir. Bir neçə vaxt bundan əvvəl gözündə yaranmış sulanma artıq aradan qalxıb.
“Artıq gözümlə bağlı heç bir narahatçılıq hiss etmirəm. Hər şey qaydasındadır”, - deyə Rasim Balayev vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl xalq artisti səhhəti ilə bağlı narahatçılıq hiss etdiyini bildirmişdi. “Gözümdə narahatçılıq hiss edirəm. Gözümdə sulanma olur. Həkimə getdim, dedilər ki, gözümdəki problemlər yaşlanmağımla əlaqədardır. Ola bilsin ki, gələcəkdə gözümə mirvari suyu gəlsin. Bunun qarşısını almaq üçün əməliyyat olunmalıdır. Amma hələlik əməliyyat barədə düşünmürəm. Lakin əməliyyat da elə bir ağır proses deyil. Cəmi 5 dəqiqəlik əməliyyatdır. Tamaşaçılarıma bildirirəm ki, narahatçılığa heç bir əsas yoxdur”, - deyə xalq artisti vurğulamışdı.
Xəbər Lenti Giriş Populyar Reklam