Hər gün evlənmək təklifi alıram » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Hər gün evlənmək təklifi alıram

Hər gün evlənmək təklifi alıram

Müəllif: Anar
//
22 dekabr 2012
//
//

Hər gün evlənmək təklifi alıram

Gözəllik sizin üçün nədir?
Gözəllik dedikdə ağıla ilk növbədə qadın gözəlliyi gəlir. Qadın hər zaman baxımlı, incə, səliqəli ən əsası isə təmiz olmalıdır. Bu xüsusiyyətlər mənim üçün qadının gözəllik etalonudur.

Bəlli yaş dövründən sonra mən də müəyyən qaydalara əməl edəcəm.

Sizcə, ideal xanım necə olmalıdır?
İdeal xanım çox gözəl olmalıdır. Bundan başqa, daxili də çox gözəl olmalıdır. İstər-istəməz qadın nə qədər gözəl olsa da, daxili onun üzündə də əks olunur. Daxilində paxıllıq, kin və.s varsa, o mütləq üzə də yansıyır. Bu isə bütün gözəlliyi məhv edir.

İdeal qadın olmağın birinci şərti isə təmiz və səliqəli olmaqdır. Həmçinin, qayğıkeş, xeyirxah və diqqətcil olmalıdır.

Özünüzü gözəl xanım hesab edirsiniz?
Məni gözəl hesab edənlər də və etməyənlər də var. Ancaq özüm-özümü gözəl hesab edirəmmi? Bəli, hesab edirəm.(Gülür)
Hətta, mənə evlənmə təklifləri də edirlər.

Cazibədar xanımsınız, yəqin ki, pərəstişkarlarınız çoxdur. Onlardan nə kimi məktublar və etiraflar eşidirsiniz?
Hə, sosial şəbəkələrdən mənə çoxlu təriflər edirlər, məktublar yazırlar. Hətta, mənə tez-tez evlənmə təklifləri də edirlər. Məktublarda adətən səhərimi, günortamı, axşamımı salamlayırlar və yorulmurlar, sağ olsunlar. (Gülür)

Qadının qəlbini almaq üçün kişidə hansı xüsusiyyətlər olmalıdır?
Qadının qəlbini almaq üçün birinci, yaxşı xarici görünüşü olmalıdır. Bütün qadınların diqqətini ilk olaraq kişinin xarici görünüşü çəkir. Əgər bu yoxdursa, diqqətcil olmalıdır. Bacardığı qədər həmin xanıma diqqət göstərməli və qayğıkeş olmalıdır. Ən əsası dürüst olmalıdır.

Xəyanət edən kişi bağışlanmağa layiq deyil!
Xəyanət edən kişini bağışlayarsınız?

Yox, heç vaxt bağışlaya bilmərəm.

Sevginin ömrü 3 il olur. Siz necə fikirləşirsiniz?
Mən bu cür fikirləşmirəm. Bir insanı sevirsənsə, ona olan hisslər zaman keçsə də, yox olmamalıdır. Necə ki, yaxınlarımızı və ailə üzvlərimizi sevirik və onlara olan sevgimiz heç vaxt tükənmir eləcə də, məhəbbət illər sonra ölməməlidir.

Eqoist insansınız?
Xeyr, qətiyyən. Bu xüsusiyyət məndən tamamilə uzaq bir şeydir.

Kəmalə nə istədyini bilir?
Bütün xanımlar kimi hərdən nə istədyimi bilmirəm, hərdən isə istədiklərimi konkret bilirəm. Nə istədiyini bilməyən insana çətin olur.

Hər məsələnin xırdalıqlarına varırsınız?
Hə, hansısa söhbətdə mənim azda olsa, haqlı tərəfim varsa, özümü axıra qədər müdafiə edirəm.
Televiziyada aparıcı olmağınızda gözəlliyinizin köməyi olub?
Mən televiziyaya gələndə aparıcı kimi gəlməmişdim. İlk işim rejissor asissenti idi. Sonradan isə bəli, xarici görünüşüm mənə aparıcı olmaqda hardasa kömək eləyib. Aparıcı kimi dəvət aldım və sınaqdan keçdim.

Özünüzü bir cümlə ilə necə ifadə edə bilərsiniz?
Yaxşı müşahidəçi və kənardan hamını diqqətlə izləyən amma heç kimi təkrarlamayan biriyəm.
Xəbər Lenti Giriş Populyar Reklam