Kinoteatrlarda həftənin yeni filmləri » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Kinoteatrlarda həftənin yeni filmləri

Kinoteatrlarda həftənin yeni filmləri

Müəllif: Anar
//
22 Aralık 2012
//
//

Kinoteatrlarda həftənin yeni filmləri

Həftənin ən çox gözlənilən filmi - "Xobbit: Gözlənilməz Səyahət" filmdir. Filmin baş rollarını Martin Friman, Benedikt Kamberbetç və Elaydja Vud-un paylaşır. Film Bilbo Beggensin səyahət yolundan bəhs edir. Onun səyahətinin əsas məqsədi cırtdanların Erebor adlı krallığını Smauq adlı drakonun əlindən xilas etməkdir. Yolda Xobbitin qarşısına çıxan sehrbaz Boz Qendalf onunla yoldaşlıq qurur. Bir müddət sonra Xobbit əfsanəvi qəhrəman Torin Oukenşild trəfindən başçılıq edilən otuz cırtdandan ibarət dəstəyə qoşulur. Filmin treylerləri və seans cədvəlləri barədə ətraflı məlumat üçün buraya klikləyərək filmin səhifəsini ziyarət edə bilərsiniz.
Komediya janrının həvəskarları isə Fransa kinomatoqrafçılarının lentə aldığı "Yeni il tortunda albalı giləsi" adlı filmi izləyə bilərlər. Laura Morante-nin həm rejissorluq etdiyi, həm də baş rolunda çəkildiyi filmdəki həmkarları Paskal Elbe və İzabel Karre-dir. Filmin əsas qəhrəmanı Amanda əmindir ki, kişilərlə həmişə hər şey çox çətindir! Onun rəfiqəsi hesab edir ki, Amanda üçün artıq ciddiləşmək və seçim etmək vaxtı nəhayət yetişib. Filmin barədə daha ətraflı öyrənmək üçün buraya klikləyərək səhifəsinə daxil ola bilərsiniz.
Həftənin son yeni filmi isə, Azərbaycan kinosu "Milli bomba" filmidir. Vaqif Mustafayevin filmin əsas mövzusu da elə məhz kino sənətindən bəhs edir. Hadisələr 1991-ci ildə baş verir. Filmdə Yaşar Nuri, Nuriyyə Əhmədova və Bəhram Bağırzadə kimi tanınmış Azərbaycanlı aktyorlar iştirak edirlər. Film haqqında ətraflı məlumat almaq və seansları ilə tanış olmaq üçün buraya klikləyərək filmin səhifəsinə daxil ola bilərsiniz.Həftənin bütün filmləri və seans cədvəlləri ilə isə, Kinotap.com saytında daha ətraflı tanış ola bilərsiniz.
Xəbər Lenti Giriş Populyar Reklam