Bakıda bir sıra yollarda hərəkət məhdudlaşdırılır – SİYAHI » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda bir sıra yollarda hərəkət məhdudlaşdırılır – SİYAHI

Bakıda bir sıra yollarda hərəkət məhdudlaşdırılır – SİYAHI

Müəllif: cavidan
//
04 May 2019
//
//

Bakıda bir sıra yollarda hərəkət məhdudlaşdırılır – SİYAHI

Mayın 5-də "Küləyə qalib gəl” şüarı altında Heydər Əliyev Fondunun təşkilatçılığı Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə edən "Bakı Marafonu-2019” keçiriləcək. Bununla bağlı bəzi nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Bunu Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

"Marafon iştirakçılarının təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədi ilə mayın 5-də saat 10:00-dan 15:00-dək Dövlət Bayraq Meydanından başlayaraq, Dənizkənarı bulvar boyu, Milli park ərazisi ilə Azadlıq meydanı – Dəniz vağzalının yanı – Neftçilər prospekti – Ağ şəhər bulvar yolu ilə dairədən geriyə yürüş keçirməklə, Yusif Səfərov küçəsi – 10-cu zavod dairəsi – tunel – Ə.Qədirbəyov küçəsi – Heydər Əliyev Mərkəzi və əlavə yolla hərəkətin əks istiqamətində olaraq, Koroğlu metrosu istiqamətində – Asan Xidmət inzibati binası yanından sola – Böyük şor karxanası küçəsi – Xəlilrza Ulutürk küçəsi – tunel vasitəsi ilə Olimpiya Stadionu istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq”, – deyə Vaqif Əsədov qeyd edib.

Bölmə rəisi qeyd edib ki, deyilən ünvanlar üzrə hərəkət edən avtomobil sahibləri və sürücülərdən, tədbiri nəzərə alaraq, şəxsi avtomobillərdən az istifadə etmələri, alternativ yollarla hərəkət etmələri tövsiyə edilir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam