Təhlükəni gözə almayan Röya Bakıya döndü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Təhlükəni gözə almayan Röya Bakıya döndü

Təhlükəni gözə almayan Röya Bakıya döndü

Müəllif: Anar
//
22 Aralık 2012
//
//

Təhlükəni gözə almayan Röya Bakıya döndü

Məşhur estrada müğənnisi Röya Ayxanın Türkiyədə olması barədə məlumat verib, onun dekabr ayının son günlərində gələcəyini qeyd etmişdik. SİA-nın məlumatna görə, Bakıya səssiz gəlib səssiz getməyə çalışan müğənni dünən axşam saatlarında geri dönüb. Saat 21:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enən Röyanı qarşılayanlar sırasında jurnalistlər də olub.

Qeyd edək ki, Röyanın Bakıya gəlişi dünən axşam saat 18:00-a planlaşdırılsa da, təyyarə düz 3 saat gecikib. Buna səbəb isə qardaş ölkədə hava şəraitinin kəskin olması idi. Müğənninin ölkədən çıxması təhlükəli olsa da o, fikrindən dönmədi.

Xatırladaq ki, Röya Türkiyədə yaradıclıq işləri ilə məşğul idi. "Göndər" adlı klipi ilə qardaş ölkədə gündəmi zəbt edən müğənni yeni mahnısı olan "Gəmiçilər"i də elə Türkiyədə lentə aldırıb.
Xəbər Lenti Giriş Populyar Reklam