"Onun ölüm xəbərini eşidəndə bir həftə özümə gələ bilmədim" - Manaf Ağayev » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "Onun ölüm xəbərini eşidəndə bir həftə özümə gələ bilmədim" - Manaf Ağayev

"Onun ölüm xəbərini eşidəndə bir həftə özümə gələ bilmədim" - Manaf Ağayev

Müəllif: cavidan
//
03 May 2019
//
//

"Onun ölüm xəbərini eşidəndə bir həftə özümə gələ bilmədim" - Manaf Ağayev

Müğənni Manaf Ağayev "Şou Atv" proqramının qonağı olub.

BiG.AZ xəbər verir ki, o, Azərbaycanın xalq artisti, mərhum sənətkar Məmmədbağır Bağırzadə haqqında xatirələrindən danışaraq qeyd edib ki, biz o sənətkarın çörəyini yeyirik:

“Mən qorxmadan deyə bilərəm ki, biz hamımız bu gün Məmmdəbağırın çörəyini yeyirik. O vaxtlar maqnitofonu qoşub gözləyirdim ki, bu gün mütləq Məmmədbağır yeni mahnı oxuyacaq, bizdə ondan mahnını götürüb çörək qazanacayıq. Çünki o dövrdə biz hardan bilirdik ki, mahnı nədir, necə olur? Yatmayıb gözləyirdik ki, Aztv-nin yeni il proqramında mütləq yeni mahnı oxuyacaq”.

“Mən inanmıram ki, onun sənəti haqqında kimsə nə isə deyər. Heç kimin başı üçün deyil ki, o sənətkar haqqında pis fikir səsləndirsin”.- deyə müğənni qeyd edib.

Manaf Ağayev sənətkarın ömrünün son anlarından söz açaraq təəssüflənib:

“Onun ölüm xəbərini eşidəndə mənim üçün incəsənət aləminin hamısı qırıldı. Bir həftə özümə gələ bilmədim. İbrahim Tatlısəsdən onun heç bir fərqi yox idi, biz onun qiymətini bilmədik”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam