“Eurovision-2013”lə bağlı milli seçimlərin ilk həftəsinin qalibi müəyyənləşdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Eurovision-2013”lə bağlı milli seçimlərin ilk həftəsinin qalibi müəyyənləşdi

“Eurovision-2013”lə bağlı milli seçimlərin ilk həftəsinin qalibi müəyyənləşdi

Müəllif: Anar
//
22 Aralık 2012
//
//

“Eurovision-2013”lə bağlı milli seçimlərin ilk həftəsinin qalibi müəyyənləşdi

Gələn ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi məqsədi ilə milli seçim turunun ilk yarımfinalçısı məlumdur.
xeberleragentliyi.com-un əməkdaşı Səbuhi Rəsulovun verdiyi məlumata görə İctimai Televiziyanın canlı efirində “Eurovision-2013”də Azərbaycanı təmsil etmək arzusunda olan 9 namizəd ilk turda öz güclərini sınayıblar. Həftənin qalibi müğənni Vüqar Muradov olub. İlk həftənin ikincisi “New skin” qrupu, üçüncüsü isə Mədinə Muradxanova olub. Bu həftənin sonuncu gününün qonağı əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova olub. Modelyer iştirakçılara öz hədiyyələrini təqdim edib.

Qeyd edək ki, iştirakçılar beş gün müddətində öz bacarıqlarını münsiflər heyəti və tamaşaçılar qarşısında nümayiş etdiriblər. Bazar ertəsi “Eurovision” hitlərinə, çərşənbə axşamı Azərbaycan estradasına, çərşənbə dünya hitlərinə, cümə axşamı səhnə şousuna ayrılıb. Cümə günü sərbəst gün hesab olunur. İştirakçı ilk dörd gün ifa etdiyi mahnılardan birini cümə günü yenə oxuya bilər. 8 həftə davam edəcək ilk turdan 8 namizəd yarımfinala vəsiqə qazanacaq. Daha sonra isə onlar birincilik uğrunda mübarizəyə qoşulacaq. Təmsilçimiz həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək. Ümumilikdə 80-ə yaxın namizəd özünü seçimlərdə sınayacaq.
Xəbər Lenti Giriş Populyar Reklam