Azərbaycandan xanımlar hansı ölkəyə aparılır? » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Azərbaycandan xanımlar hansı ölkəyə aparılır?

Azərbaycandan xanımlar hansı ölkəyə aparılır?

Müəllif: Anar
//
01 Kasım 2012
//
//

OXUNUB:398
Azərbaycandan xanımlar hansı ölkəyə aparılır?
2012-ci ilin on ayında Azərbaycanda insan alverinin müəyyən edilmiş 53 qurbanından 19-cu Türkiyəyə, 12-si İrana, 2-si Birləşmiş Ərəb Əmirliklərinə, 14-ü isə Rusiya Federasiyasına aparılıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun Milli Məclisə (MM) təqdim etdiyi illik hesabatında bildirilir. Məlumata görə, insan alveri qurbanlarından 6 nəfəri ölkə daxilində istismara cəlb olunub.

Qurbanlardan 4-ü təhsilsiz (7,4 faiz), 4-ü natamam orta (7,4 faiz), 45-i orta təhsilli (84,9 faiz), 35-i subay, 17-si evli, 2 nəfəri isə yetkinlik yaşına çatmayan olub.

“Araşdırmalar göstərir ki, Azərbaycan insan alverinə məruz qalan şəxslər üçün bu gün yalnız mənbə ölkəsidir və son 2 ildə digər dövlətlərdən olan şəxslərin respublikanın ərazisindən tranzitlə keçirilməsi və ya insan alveri məqsədilə gətirilməsi kimi əməllər qeydə alınmayıb”, - deyə Milli Koordinatorun MM-ə təqdim etdiyi sənəddə qeyd olunub.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam