Trampın Türkiyəyə səfər edəcəyinə dair açıqlama yayıldı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Trampın Türkiyəyə səfər edəcəyinə dair açıqlama yayıldı

Trampın Türkiyəyə səfər edəcəyinə dair açıqlama yayıldı

Müəllif: cavidan
//
01 May 2019
//
//

Trampın Türkiyəyə səfər edəcəyinə dair açıqlama yayıldı

Prezident administrasiyasındakı mənbələr, “ABŞ Prezidenti Donald Trampın Türkiyə səfəri məsələsində İyul və ya alternativ tarixlər üzərində çalışırıq”, – açıqlaması verib. Bu barədə “Habertürk” məlumat verib.
“Bizimyol.info” xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında ötən gün telefon danışığı baş tutub.

Prezidentlərin telefon danışıqları barədə verilən xəbərdə, ölkə başçılarınin S-400-lər məsələsi və Suriyanın şimalı ilə əlaqədar son vəziyyətin müzakirəsi ilə yanaşı Trampın Türkiyə səfərinin də gündəmdə olduğu barədə məlumatlar yer alıb.

Tarixinin müəyyənləşməsi üzərində razılaşmalar aparılan, gerçəkləşməsi gözlənilən mərasim Trampın Türkiyəyə ilk səfər olaraq bilinəcək. İngiltərə Kraliçası Elizabetin dəvət etdiyi ABŞ Prezidenti Donald Trampın İyun ayında Londona gedəcəyi, İngiltərə görüşlərindən sonra növbəti dayanacağının Fransa olacağı barədə məlumat verilib.
Trampın 6 iyunda İkinci Dünya Müharibəsinin dönüş nöqtələrindən biri olan alman qoşunlarının “Normandiyadan Çıxarması”nın 75-ci ildönümü səbəbilə Fransaya gedərək Prezident Emmanuel Macron ilə bir arada olacağı bildirilib.
Bu səbəblə Trampın İngiltərə və Fransa səfərlərini həyata keçirdiyi tarixlərdə Türkiyəyə də səfər edəcəyi güman edilir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam