Misirdən ölüm xəbəri gəldi » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Misirdən ölüm xəbəri gəldi

Misirdən ölüm xəbəri gəldi

Müəllif: Anar
//
22 Aralık 2012
//
//

OXUNUB:237
Misirdən ölüm xəbəri gəldi

Bu gün Misirdə yeni Konstitusiya ilə bağlı referendumun ikinci mərhələsində Kena əyalətində seçki məntəqələrinin birində dava-dalaş düşüb, 1 nəfər həyatını itirib.

xeberleragentliyi.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, səsvermənin 19:00-da başa çatması mümkün olmadığı üçün artıq səsvermənin saat 23:00-a qədər uzadılması barədə də qərar verilib. Ümumilikdə 17 əyalətdə 25,5 milyon seçicini əhatə edən səsvermə sakit şəraitdə keçsə də, dekabrın 15-də keçirilən birinci turda olduğu kimi yenə də çoxsaylı pozuntular qeydə alınır. Bu pozuntulardan ən başlıcası səsvermənin gedişini müşahidə etməli olan hakimlərlə bağlıdır. Hakimlərin gəlməməsi, yaxud gecikməsi səbəbindən bir çox seçki məntəqələri bir neçə saat gecikməklə açılıb. Dünən Misir Mərkəzi Seçki Komissiyası 17 əyalətdə 6 min 724 məntəqədə seçkilərin müşahidə edilməsinə 10 mindən artıq hakim cəlb edəcəyini bəyan etsə də, hazırda seçki məntəqələrində seçkiləri müşahidə edən hakimlərin sayı 700 nəfərdən bir qədər çoxdur. Buna görə də Mərkəzi Seçki Komissiyasına artıq 100-dən çox şikayət gəlib. Bununla bərabər, seçki məntəqələrində Konstitusiya layihəsinin dəstəklənməsi yönündə açıq təbliğat aparılması halları da qeydə alınıb.

Referendumun nəticəsi sabah məlum olacaq.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam