Cəlilabadda qızı boğub, anasının isə başını kəsdilər - Dəhşətli cinayətin təfərrüatı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Cəlilabadda qızı boğub, anasının isə başını kəsdilər - Dəhşətli cinayətin təfərrüatı

Cəlilabadda qızı boğub, anasının isə başını kəsdilər - Dəhşətli cinayətin təfərrüatı

Müəllif: cavidan
//
30 Nisan 2019
//
//

Cəlilabadda qızı boğub, anasının isə başını kəsdilər - Dəhşətli cinayətin təfərrüatı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmə və quldurluq etmədə təqsirləndirilən Yaşar Bayramovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Olkə.az xəbər verir ki, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Y.Bayramov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 29-da gecə saatlarında Cəlilabad rayonunun Qarazəncir kəndində baş verib.

Kənd sakini 86 yaşlı Firuzə Əsgərova və onun qızı, 46 yaşlı Sənubər Əsgərova qətlə yetirilib.

Qətli Əsgərovların qonşuluğunda yaşayan 1984-cü il təvəllüdlü Yaşar Bayramovun törətdiyi məlum olub.

Yaşar Bayramov 2011-ci ilin avqustun 17-də Firuzə Əsgərovanın oğlu Oqtayı bıçaqlayıb. Onun şikayəti əsasında Yaşar Bayramov həbs edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci ildə keçirlən iclaslarında Yaşar Bayramovun cinayət törətdiyi sübuta yetirilib. Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Cəzasını çəkən Yaşar Bayramov ötən il azadlığa çıxıb. Yaşar Bayramov Oqtay Əsgərovu öldürəcəyi ilə hədələyib. Amma o, azadlığa çıxdıqdan bir neçə gün sonra Oqtay vəfat edib.
İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb.
Həbsdən azad olunan Yaşar Bayramov Cəlilabad rayonunda deyil, paytaxtda yaşamağa başlayıb. O, paytaxtda kirayədə yaşayıb və fəhləliklə məşğul olub.

Avqustun 29-da kəndə gələn Yaşar Bayramovun Firuzə Əskərova ilə mübahisəsi yaranıb.
Axşam saatlarında onların evinə yollanan Yaşar Bayramov Sənubər Əskərovaya təcavüz edib.
Daha sonra o, təcavüz etdiyi qızı boğaraq öldürüb.

Evdən çıxan Yaşar Bayramov həyətdə Firuzə Əskərovanın başını kəsib.

Ana və qızın meyitini tövləyə aparan Yaşar Bayramov meyitləri orada basdırıb və hadisə yerini tərk edib.
Amma yerdə qan izlərinin olması cinayətin qışa zamanda açılmasına səbəb olub.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yaşar Bayramov həbs edilib.

Qeyd edək ki, hökmdən narazı qalan Yaşar Bayramov apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam