Dağlıq Qarabağın Azərbaycanlı İcması hesabat verdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Dağlıq Qarabağın Azərbaycanlı İcması hesabat verdi

Dağlıq Qarabağın Azərbaycanlı İcması hesabat verdi

Müəllif: Anar
//
22 Aralık 2012
//
//

Dağlıq Qarabağın Azərbaycanlı İcması hesabat verdi
Dağlıq Qarabağın Azərbaycanlı İcması hesabat verdi

Dekabrın 21-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib.

xeberleragentliyi.com-un verdiyi məlumata görə, iclası giriş nitqi ilə açan İctimai Birliyi İdarə Heyətinin sədri Bayram Səfərov görülən işlər barədə məlumat verib.

Sonra qurumun Analitik-informasiya mərkəzinin rəhbəri Elçin Əhmədov 2012-ci ilin birinci yarısında İctimai Birlik tərəfindən həyata keçirilən tədbirlər və görüşlər haqqında danışıb. Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov 2012-ci ilin ikinci yarısında həm ölkə daxilində , həm də xarici ölkələrdə həyata keçirilən tədbirlər barədə və 2013-cü il üçün qarşıda duran vəzifələr haqqında danışıb.

Hesabatlar dinlənildikdən sonra İdarə Heyətinin üzvü, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edib. O, ötən dövr ərzində keçirilən tədbirləri, Dağlıq Qarabağ münaqişəsi haqqında dünya birliyinin məlumatlandırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. İdarə Heyətinin üzvləri, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elman Məmmədov İcmanın əvvəlki illərdə görülmüş işlərə nisbətən daha operativ və fəal olduğunu bildiriblər. Qeyd edilib ki, icmadaxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətinin daha səmərəli qurulması məqsədi ilə yeni fəaliyyət istiqamətlərinin qurulması labüddür.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam