Azərbaycanda vahid statistik informasiya sistemi yaradılacaq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda vahid statistik informasiya sistemi yaradılacaq

Azərbaycanda vahid statistik informasiya sistemi yaradılacaq

Müəllif: Anar
//
22 dekabr 2012
//
//

Azərbaycanda vahid statistik informasiya sistemi yaradılacaq

Azərbaycanda vahid statistik informasiya sistemi yaradılacaq. xeberleragentliyi.com-un verdiyi məlumata görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli sərəncamı ilə təsdiq etdiyi 2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramında qeyd olunub.
Dövlət Proqramında vahid statistik informasiya sisteminin inkişafı bölməsində dövlət orqanları ilə rəsmi statistik məlumatların elektron mübadilə sisteminin yaradılması və təkmilləşdirilməsi, Dövlət Statistika Komitəsində “e-sənəd dövriyyəsi-kargüzarlıq” sisteminin inkişaf etdirilməsi, nəşr olunan bütün yekun statistik məlumatların ilkin məlumat bazalarına elektron formada verilməsinin təmin olunması, yerli statistika orqanlarında Statistik Vahidlərin Dövlət Registrinin elektron informasiya sistemləri ilə aparılması, dövlət orqanlarından alınan inzibati məlumatların mübadiləsi və statistik registrin aktuallaşdırılması (yenilənməsi) mexanizminin təkmilləşdirilməsi, kiçik sahibkarlıq subyektləri, o cümlədən fərdi sahibkarlar da daxil olmaqla təsərrüfat subyektlərindən hesabatların elektron formada qəbulunun başa çatdırılması, Komitənin internet səhifəsinin təsnifatlar bölməsinin təkmilləşdirilməsi, axtarış və yükləmə funksiyalarına malik təsnifatlar bazasının yaradılması, coğrafi informasiya sisteminin yaradılması, inkişaf etdirilməsi və digər məsələlər öz əksini tapacaq.
Xəbər Lenti Giriş Populyar Reklam