Azercell Gəncədə yeni Ekspress Ofis açdı » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Azercell Gəncədə yeni Ekspress Ofis açdı

Azercell Gəncədə yeni Ekspress Ofis açdı

Müəllif: Anar
//
31 Ekim 2012
//
//

OXUNUB:376
Azercell Gəncədə yeni Ekspress Ofis açdı
Bu münasibətlə konsert təşkil edilib

Bir müddət əvvəl Azərbaycanın bölgələri üçün xüsusi “Bölgə” kampaniyasını (2-ci dəqiqədən sonra pulsuz danış) təqdim edən Azercell Telekom MMC Gəncə bölgəsinə qonaq gəldi.
İlk əvvəl oktyabrın 29-da Azercell Telekom MMC-nin prezidenti Kiril Qaburiç Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev ilə görüşdü və daha sonra Gəncənin mərkəzində yeni Azercell Ekspres ofisinin açılışında iştirak etdi. Azercell Ekspress ofislərinin konsepsiyası bir nöqtədə üç xidmətin göstərilməsindən ibarətdir: telefon danışığına görə ödəmə həyata keçirmək, müştəri xidmətlərindən istifadə etmək, və yeni telefon və ya nömrə almaq. Qeyd edək ki, Azercell tək Azərbaycanda deyil, bütün regionlarda "one-stop shopping" adlanan bu konsepsiyanı təqdim edən ilk şirkətdir.

Həmin gün Gəncəlilərə Azercell tərəfindən daha bir neçə yenilik təqdim olundu. Belə ki, elan edilən kampaniya çərçivəsində Gəncədəki Azercell abonentləri pulsuz Samsung telefonlarını əldə edə biləcəklər. Kampaniya şərtlərinə görə 29 Oktyabr 2012-ci il tarixindən etibarən yalnız Gəncə şəhərində Samsung GT-E1200M telefonu alan hər kəsə telefon üçün ödədiyi məbləğ geri qaytarılacaq. Həmin məbləğ 12 ay müddətində hər ay 3 AZN miqdarında bonus şəklində abonentin balansına hədiyyə veriləcək.

Digər bir kampaniya isə Gəncəlilərlə yanaşı bütün Gəncəbasar bölgəsini əhatə edəcək. Belə ki, 10 aylıq müqavilə bağlayan abunəçilərə aylıq 7 AZN müqabilində hər ayda 4GB həcmində internetdən istifadə etmək imkanı veriləcək, üstəlik Azercell özünün 3GMAX mobil internet modemini pulsuz olaraq hədiyyə edəcəkdir.

İndiyə kimi Gəncədə Azercell şirkətinin bir Azercell Ekspres ofisi və Müştəri Xidmətləri mərkəzi fəaliyyət göstərirdi. Bir neçə il əvvəl isə Azercell Gəncədə özünün ilk regional Telefon Mərkəzini yaratmışdır. Gəncədə istifadəyə verilən yeni ofisdən sonra Azercell bölgələrdəki xidmət mərkəzlərinin sayını 31-ə çatdırmış oldu.
Nəhayət, oktyabrın 30-da Azercell bütün Gəncəlilərə öz xüsusi hədiyyəsini təqdim etdi. Gəncə sakinləri üçün Azadlıq Meydanında möhtəşəm konsert proqramı təşkil olundu. Açıq havada qurulan səhnəyə çıxan populyar estrada ulduzları Gəncə sakinlərini öz ifaları ilə sevindirdilər.

Azercell bölgələrdə tədbirlərini bununla bitirmir və yaxın gələcəkdə şirkət digər bölgələri də eyni coşğu ilə salamlayacaq.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam